Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükçülərimiz ölkəyə qanunsuz araq gətirilməsinin qarşısını alıb

Date: 14 December 2015 17:49

Azərbaycana qanunsuz spirtli içki gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinindən Lent.az-a verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda spirtli içkini aşkar edərək realizə olunmasının qarşısını alıb. Belə ki, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində əməliyyat keçirilib. Qəsəbənin “Binəqədi Gənclər Şəhərciyi” adlanan yaşayış massivində  Şükürov Adil Famil oğluna məxsus “Ford Transit” markalı, “50-DA-058” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Stolichnaya vodka”, “Stolichnaya sever” , “Beluga transatlantic” araqları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Tags:  Gömrükçülərimiz ölkəyə qanunsuz araq gətirilməsinin qarşısını alıb

RƏYLƏR


Top news