Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nigardan Oksananın geyiminə: "Uyğunlaşdıra bilməyib"

Nigardan Oksananın geyiminə:  "Uyğunlaşdıra bilməyib"

Date: 14 December 2015 17:51

“Onlar” verilişinin “Fashion” rubrikasının budəfəki qonağı rəqqasə Oksana Rəsulova olub.

Axşam.az-ın məlumatına görə, sənətçinin geyimini vizajist Nigar İbrahimova təhlil edib.

O.Rəsulova öz geyim tərzinə güvəndiyini bildirib:

“Özümü zövqlü xanım hesab edirəm. Amma dəb arxasınca qaçmıram. Elə insanlar var ki, geyimdə, rəng seçimində çox zövqsüz olurlar. Siz məndə heç bir səhv tuta bilməzsiniz”.

N.İbrahimova Oksananın stili haqqında bunları deyib:

“Oksananın geyimi çox gözəldir. Amma onu kök göstərdi. Ayaqqabısı ilə libasını uyğunlaşdıra bilməyib. Qızılı olsaydı, daha yaxşıydı. Saç düzümü yaxşıdır. Makiyajında hər şeyi bəyəndim. Bircə dodaq boyası düzgün seçilməyib”.


Tags:  Nigardan Oksananın geyiminə Uyğunlaşdıra bilməyib

RƏYLƏR


Top news