Gömrükçülər külli miqdarda spirtli içkilər aşkar ediblər

Gömrükçülər külli miqdarda spirtli içkilər aşkar ediblər
18:03 14 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda spirtli içkini aşkar edərək realizə olunmasının qarşısını alıb.

Trend DGK-ya istinadən məlumat verir ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində əmliyyat keçirilib. Qəsəbənin “Binəqədi Gənclər Şəhərciyi” adlanan yaşayış massivində Azərbaycan Respublikasının vətəndaşı Şükürov Adil Famil oğluna məxsus “FORD TRANSİT” markalı, “50-DA-058” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Stolichnaya vodka”, “Stolichnaya sever” , “Beluga transatlantic” araqları aşkar edilərək götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR