"Onlar" verilişinin "Fashion" rubrikasının budəfəki qonağı rəqqasə Oksana Rəsulova olub.
Axşam.az-ın məlumatına görə, sənətçinin geyimini vizajist Nigar İbrahimova təhlil edib.
O.Rəsulova öz geyim tərzinə güvəndiyini bildirib:
"Özümü zövqlü xanım hesab edirəm. Amma dəb arxasınca qaçmıram. Elə insanlar var ki, geyimdə, rəng seçimində çox zövqsüz olurlar. Siz məndə heç bir səhv tuta bilməzsiniz".
N.İbrahimova Oksananın stili haqqında bunları deyib:
"Oksananın geyimi çox gözəldir. Amma onu kök göstərdi. Ayaqqabısı ilə libasını uyğunlaşdıra bilməyib. Qızılı olsaydı, daha yaxşıydı. Saç düzümü yaxşıdır. Makiyajında hər şeyi bəyəndim. Bircə dodaq boyası düzgün seçilməyib".
Milli.Az