"Nargis Fund"un təşkilatçılığı ilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" xeyriyyə yarmarkası davam edir - FOTO

"Nargis Fund"un təşkilatçılığı ilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" xeyriyyə yarmarkası davam edir - FOTO
18:05 14 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Fəvvarələr meydanında "Nargis Fund"un təşkilatçılığı və "Amapola Exclusive Events"in baş sponsorluğu ilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı Yeni il xeyriyyə yarmarkası davam edir.

Hər cümə, şənbə və bazar günləri olduğu kimi, dekabr ayının 11-i və 13-də yarmarkada uşaq evlərinin sakinləri üçün xüsusi əyləncəli proqram təşkil olundu. Bu dəfə xeyriyyə aksiyamızın qonağı "Ümid yeri" uşaq evinin kiçik sakinləri oldu. Onlar üçün DJ Habib-in, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şoumen Kamran Razmovarın, DJ V-nin, DJ J-OF-un, sehrbaz Rasimin, Jam SS rəqs məktəbinin - Nərminə Əsədovanın Baby class və Junior class şagirdlərinin iştirakı ilə maraqlı şou-proqram və Viniamin şou təşkil olundu. Karuseldə əyləndikdən sonra uşaqlara "Fresh Catering" tərəfindən nahar verildi, daha sonra isə Aynur xanım uşaqları face-art ilə sevindirdi. Tədbirin sonunda uşaqlara "Olive Media", "Nargis Fund", "AzərTürkBank", "Grafika" və "The Entertainer" mağazası tərəfindən hədiyyələr təqdim olundu.

Həftənin iş günlərində (bazar ertəsi - cümə) "Nargis Fund"un əməkdaşları sponsorların dəstəyi ilə uşaq evlərinə və xəstəxanalara baş çəkirlər. Fond xəstə və internat evlərində böyüyən uşaqlar üçün əyləncə proqramı təşkil edir, onları müxtəlif Yeni il hədiyyələri ilə sevindirir, geyim və gigiyenik vasitələrlə təmin edir.

Ənənəyə uyğun olaraq, "Soyuq əllər, İsti ürək" Yeni il xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR