Azərbaycan tələbə könüllülərinin birinci forumu keçirilib

18:13 14 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub (FOTO) (25 May 2017 18:55)
İslamiadanın açılış və bağlanışında 4 min tələbə könüllü çalışacaq (28 Aprel 2017 17:47)
İslamiadanın açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb (28 Aprel 2017 17:27)


Bakı, 14 dekabr, AZƏRTAC 
Dekabrın 14-də Azərbaycan tələbə könüllülərinin birinci forumu keçirilib. Forum könüllük hərəkatının inkişafı, bu sahədə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, eləcə də 16 universitetdən 400-dək tələbə iştirak edib.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında müsbət rol oynayacaq. Qeyd olunub ki, gələn ilin iyun ayında Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilində də tələbələr xüsusi fəallıq göstərəcəklər. M.Cabbarov, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları zamanı Təhsil Nazirliyinin tabeliyində olan qurumlardan 10 mindən çox könüllünün cəlb olunduğunu xatırladıb.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu gün gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən biridir. Gənclərimiz Vətəni qoruyur, eyni zamanda, ölkəmizi beynəlxalq idman və elm yarışlarında təmsil edirlər. Artıq ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb. Yüzlərlə gənc bu sıralara qoşulmağa can atır.
Bu gün Azərbaycan gənclərinin azad, demokratik və müstəqil bir dövlətdə yaşadıqlarını vurğulayan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tələbələrə müraciətlə deyib: “Hər bir Azərbaycan ailəsində milli dəyərlərə, İslam ənənələrinə möhkəm bağlılıq var. Siz xoşbəxtsiniz ki, müstəqil, demokratik ölkənin vətəndaşlarısınız. Eyni zamanda, bizim qarşımızda həllini gözləyən mühüm bir problem də var. Bu, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Elə bir azərbaycanlı olmaz ki, Qarabağ onun qəlbində yaşamasın. İnanıram ki, bu problem siz gənclərin yaxından iştirakı ilə həllini tapacaq. Vaxt gələcək, belə toplantılar Şuşada təşkil olunacaq”.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili BMT-nin Azərbaycanda könüllülük hərəkatına fəal dəstək verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat hər bir ölkədə olan yaxşı nümunələri digər dövlətlərdə geniş təbliğ edir. Bu mənada Azərbaycanda yalnız gənclərə deyil, ümumilikdə könüllülük hərəkatına göstərilən dəstək başqalarına da nümunə ola bilər.
Daha sonra forumda “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub. Məlumat verilib ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən on ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara “Əsl tələbə həyatı” modelinə uyğun altı müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.
Forumda tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan könüllüləri: “Dünən, bu gün və sabah” videoçarxı təqdim olunub.
Tədbir tələbələrin ifasında səslənən “Tələbə” mahnısının sədaları altında yekunlaşıb.
 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

FTB-nin yeni direkroru Rey olacaq?

27 İyun 2017 07:52

“Əgər sevgilim müsəlman olsa...” - FOTO

27 İyun 2017 07:52

“App Store”da qlobal təmizlik aparılacaq

27 İyun 2017 07:52

Ağ Ev: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir"

27 İyun 2017 07:48

Azərbaycanlı kafedə namaz qıldığına görə cərimələnib

27 İyun 2017 07:47

Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib

27 İyun 2017 07:47

Bakıda taksi yaşlı qadını vurdu

27 İyun 2017 07:47

Vaşinqtonda Trans-Xəzər Forumu Azərbaycan və regionumuzun strateji əhəmiyyətini işıqlandırıb (FOTO)

27 İyun 2017 07:43

İlk döndərilən yumşaq robot hazırlanıb

27 İyun 2017 07:42

Laricani Rusiyanı müdafiə etdi

27 İyun 2017 07:39

Tanrının gözəllik lütf etdiyi İslandiya - FOTO

27 İyun 2017 07:37

“Airbus” robot vertolyot hazırlayıb

27 İyun 2017 07:37

"Ağıllı" yorğan hazırlanıb - VİDEO

27 İyun 2017 07:27

Su duzdan daha yaxşı təmizlənəcək

27 İyun 2017 07:12

Merkeldən Avropaya ÇAĞIRIŞ: "Fəallaşın!"

27 İyun 2017 06:58

Moskva ABŞ-ı Suriya ordusuna təxribat xarakterli zərbələr endirməməyə çağırıb

27 İyun 2017 06:57

Göl sahilində modern koma - FOTO

27 İyun 2017 06:32

Bakıda 6 otaqlı ev yanıb

27 İyun 2017 06:15

Zabaykalyedə fövqəladə vəziyyət rejimi tətbiq edildi

27 İyun 2017 06:04

Trampın etirazlara səbəb olan fərmanı qüvvəyə mindi - Amma...

27 İyun 2017 06:03

Rusiyada vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi veriləcək

27 İyun 2017 06:02

Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

27 İyun 2017 05:47

Pireney dağlarında kottec - FOTO

27 İyun 2017 05:32

Yeni FTB direktorunun namizədliyi Senata təqdim edildi

27 İyun 2017 05:19

Lavrov və Tillerson telefonla danışdı

27 İyun 2017 05:08

Braziliya prezidentinə qarşı korrupsiya ittihamı

27 İyun 2017 04:44

Azərbaycan vətəndaşı Rusiya kafelərindən birində namaz qıldığına görə cərimə olunub

27 İyun 2017 04:37

Kitabxana və İrs Mərkəzi, təbiət və modern - FOTO

27 İyun 2017 04:32

Yəməndə hava zərbələri: 9 ölü

27 İyun 2017 04:22

Kabab çəkən gənc özünü yandırdı - EHTİYATSIZLIQ

27 İyun 2017 04:13

Bakıda taksi yaşlı qadını vuraraq ağır xəsarət yetirib

27 İyun 2017 03:37

Xuzistanda bir ev - FOTO

27 İyun 2017 03:32

Sərxoş sürücü 7 qonşunun maşınını əzdi - Bakıda

27 İyun 2017 03:24

Hökumət qüvvələri ilə terror qruplaşması arasında döyüş olub -

27 İyun 2017 03:06

Rumıniyada yeni baş nazir təyin olunub

27 İyun 2017 03:02

Nigeriyada silsilə terror hücumları nəticəsində 9 nəfər ölüb

27 İyun 2017 02:43

Sloveniyada məktəb və uşaq bağçası - FOTO

27 İyun 2017 02:32

Bakıda ikimərtəbəli ev yandı

27 İyun 2017 02:29

Alt paltarı geyinmədiyi üçün İŞDƏN QOVULDU - FOTO

27 İyun 2017 02:23

Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

27 İyun 2017 02:22

Yəmən yenidən bombalandı: 9 ölü, 4 yaralı

27 İyun 2017 01:54

Astroloji proqnoz -

27 İyun 2017 01:54

Niderlanda yaşı 4,5 milyard il olan meteorit düşüb

27 İyun 2017 01:42

Qəzzadan İsrail ərazisinə raket atıldı

27 İyun 2017 01:38

Almaniyada şəhər kənarında ev - FOTO

27 İyun 2017 01:32

Mobil telefon bazarında durğunluq yaranıb -

27 İyun 2017 01:32

Beyləqanda yanğın olub

27 İyun 2017 01:08

Qəzza zolağı İsraili raket atəşinə tutdu

27 İyun 2017 01:04

Mingəçevirdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27 İyun 2017 00:57

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37