Tatyana Borzova: “Ermənistanda rusdilli əhaliyə pis münasibət var”

Tatyana Borzova: “Ermənistanda rusdilli əhaliyə pis münasibət var”
18:29 14 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ermənistan hələ sovet dövründə digər millətləri öz ərazisindən sıxışdırıb çıxaran və ya özünə tabe edən mono-respublika idi. İndi isə vəziyyət daha da acınacaqlıdır. Son 10 il ərzində Ermənistandan köçənlərin 64 faizi rusdilli əhalidir. Bundan başqa, Ermənistanda əsrlərlə yaşayan azərbaycanlılar, gürcülər, belaruslar, ukraynalılar da bu ölkəni tərk etmək məcburiyyətində qalıblar. Bu gün Ermənistan “Kim erməni deyilsə, zəhmət çəkib bizim əraziləri tərk etsin!” siyasətini yürüdür.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu fikirləri Rusiyanın “İnterfaks” agentliyində “MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi” mövzusunda keçirilən mətbuat konfransında Avrasiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Tatyana Borzova deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən rusdilli əhali kütləvi şəkildə köçür və son bir ildə bu bölgəni min rusdilli ailə tərk edib.

T. Borozova əlavə edib ki, Avrasiya Strateji Tədqiqatlar İnstitutunun “NGO Acceptare” qeyri-hökumət təşkilatı ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə, MDB ölkələrində rusdilli əhaliyə münasibət Azərbaycanda daha ürəkaçandır. Azərbaycanda rus dilində orta və ali təhsil almaqla yanaşı, rusdilli əhali bütün dövlət və qeyri-dövlət strukturlarında işlə təmin oluna bilir, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur: “ Azərbaycana səfərim zamanı ən ucqar bölgələrədək heç yerdə rus dilində ünsiyyətdə çətinlik yaranmadı. Və rusdilli əhaliyə bu cür münasibətə görə Azərbaycana minnətdaram. Azərbaycanda dini əqidəsinə görə hüquqlarının pozulmasından şikayət edənlər də yoxdur”.

 

Ermənistana səfərindən danışan T.Borzova vurğulayıb ki, Ermənistana budəfəki səfəri zamanı yolu göstərə biləcək rusdilli yerli sakin tapmaq çox çətin olub: ”Bu ölkədə rus dilində danışan qonağa olduqca pis münasibətlə rastlaşdım”.

 

Bundan əlavə, “NGO Acceptare” qeyri-hökumət təşkilatının prezidenti Viktoriya Pavlenko da deyib ki, Azərbaycanda qanunvericiliyə görə, rusdilli əhalinin rus dilində informasiya almaq, təhsil almaq hüququ var. Azərbaycanda qanunvericiliklə faktiki vəziyyət arasında tam uyğunluq müşahidə olunur. Son olaraq qeyd edək ki, tədqiqatın nəticələrindən məlum olur ki, Ermənistan təhsil müəssisələrində rus dili hətta fakültativ səviyyədə belə öyrənilmir.

 

V.Pavlenko Ermənistanda rus dilində təhsilin səviyyəsinin getdikcə aşağı düşməsinin həm də bu ölkədə rus dilində təhsil alan əhalinin heç qalmaması ilə əlaqədar olduğunu deyib:” Bütün bunlar Ermənistanın tamamilə monomilli dövlətə çevrilməsi istiqamətində atılan addımlardır. Rusdilli əhalinin ölkədən köçməsi baxımından Ermənistan MDB respublikaları arasında birinci yeri tutur ”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR