Xəstəxanada müalicə olunan neftçilər: “O havada heç bir gəmi platformaya yaxınlaşa bilməzdi”

Xəstəxanada müalicə olunan neftçilər: “O havada heç bir gəmi platformaya yaxınlaşa bilməzdi”
18:34 14 Dekabr 2015
79 Sosial
Ölkə mətbuatı
A- A+

“Günəşli” platformasının 10-cu dərin özülündə qəza baş verən zaman təhlükəsizlik qaydalarına riayət olunub. Özüldən təxliyə edilən, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçi Raman Orucov APA TV-yə açıqlamasında kəskin hava şəraitinin xilasetmə işlərinə mane olduğunu deyib. Onun sözlərinə görə, dənizdə çalışdığı bu illər ərzində ilk dəfə bu cür kəskin hava şəraiti ilə üzləşib:

 

"Orada olan hadisələrlə bağlı mən bir mənalı şəkildə demək istəyirəm ki, təhlükəsizlik qaydalarına tam riayət olunmuşdu. FHN daha tez gəlmişdi, amma yaxınlaşa bilmirdilər. Küləyin sürətinə görə bizə yaxın dura bilmirdilər. Hava şəraiti çox pis idi. İndiyə kimi biz belə bir şey görməmişdik. Elə iqlimlə rastlaşmamışdıq. Bizi onlar çıxarıblar, təşəkkürü bildirirəm onlara da. Onlar gəlməsəydilər, biz hələ bir neçə saatda orada qalmalı idik. Çünki, çıxmağa heç cür imkan yox idi. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bizi yuxarı çıxardılar. Əvvəlcə özülə çıxardılar, özüldən isə gəmilərə təxliyə etdilər. Bizi xilas edən insanlara, bir də həkimlərə çox-çox minnətdaram”.

 

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan digər neftçi Vidadi Sarıyev xilas olunduqdan sonra onları sahilə “Müslüm Maqomayev” gəmisinin gətirdiyini deyib:  

 

"Bizi sahilə “Müslüm Maqomayev” gəmisi ilə gətirdilər. Amma xilasetmə işlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirib. Çünki gəmilər gəldi, kömək etmək üçün platformaya yan aldılar, amma bizə yaxınlaşa bilmirdilər. FHN-nin gəmisi ətrafda idi, amma fırtına yaxınlaşmağa imkan vermirdi. Qayıq da fırtınaya tab gətirə bilmədi, zəncirləri qırıldı. Qayıq gəmilərin yan alma məntəqəsinə çırpıldı və iki yerə bölündü. Uşaqların hamısının əynində xilasetmə jiletləri var idi. Sağ olsunlar, indi axtarışlar davam edir”

 

Neftçi Rəşid Hüseynov deyir ki, 10-cu dərin özülündə baş verən partlayışın dalğası çox güclü olub:

 

"Bizə kömək oldu. Bilirsiniz, dərhal istəsələr belə kömək edə bilməzdilər. Bəzən hər sözü deyirlər. Amma hadisə elə baş verdi ki, dərhal müdaxilə mümkün deyildi. Çünki partlayış çox güclü idi. Qaldığımız evin altında başladı və hər yanı bürüdü. Bəziləri deyir ki orada qalsanız, hamınız sağ qalardınız. Heç kim bilməzdi ki bu cür külək əsəcək. Xilasedicilər, yəni FHN-nin uşaqları sağ olsun, kimin zəhməti var, hamısı sağ olsun. Onlar əllərindən gələni elədilər ki, bizi xilas etsinlər".

 

Müalicəsi davam edən neftçi Bəhruz Babayev bu gün həyatda olduqlarına görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə borclu olduqlarını deyib və xilasetmə prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib:

 

"Hər şey qaydasında idi, yəni xilasedicilər əllərindən gələni elədilər. Hava şəraitini nəzərə almaq lazımdır. Böyük fəlakət idi.  Sonra bizim xilasedicilərə, gəminin kapitanlarına, elə öz uşaqlarımıza da təşəkkür edirəm. Çünki təşvişə düşmədilər, əgər təşviş yaransaydı, biz də sulara qərq olardıq. Bizim xilas olunmağımızda kim iştirak edibsə, hamıdan Allah razı olsun! O hava şəraitində heç bir gəminin yaxınlaşması, külək səngiyənədək heç nə etmək mümkün deyildi. “Müslüm Maqomayev” gəmisi də gəlmişdi, digər gəmilər də  orada idi. FHN-nin də, BP-nin də gəmiləri vardı. Xəzər Dəniz Gəmiçiliyinin də gəmisi vardı. Ən birincisi "Vixr"  gəmisi gəlmişdi. Çox fırlandı ətrafda , amma küləyin sürəti imkan vermirdi ki,  yaxınlaşsın”.

 

Xatırladaq ki, “Günəşli” platformasının 10-cu dərin özülündən təxliyə olunan neftçilərdən 20 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsini davam etdirir. Durumları tam yaxşılaşacağı təqdirdə onlar gələn həftə evə, ambulator müalicəyə buraxılacaqlar.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Zirə" Yevlaxda, "Sumqayıt" Qəbələdə imtahan verir - YENİLƏNİR

20 Avqust 2017 12:17

Həftənin ilk gününə olan hava proqnozu

20 Avqust 2017 12:09

Məşhur filmdəki səhnə gerçəkləşdirilib

20 Avqust 2017 11:58

Qurban Qurbanov: “Mahir Mədətova görə narahatam”

20 Avqust 2017 11:53

Türkiyəli aktyor özündən 40 yaş kiçik xanımla evlənir

20 Avqust 2017 11:49

Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub

20 Avqust 2017 11:47

Kamransız "Mlada Boleslav"ı "kötəklədilər"

20 Avqust 2017 11:47

ABŞ-da 27 nəfər saxlanılıb: Söz azadlığına dəstək mitinqində

20 Avqust 2017 11:43

İraqda 2 gəmi toqquşdu

20 Avqust 2017 11:40

Eddi ilk turda nə etdi?

20 Avqust 2017 11:37

Şahdağ Millli Parkında yanğın

20 Avqust 2017 11:30

Bakıda "KamAZ" və ev yanıb

20 Avqust 2017 11:28

Sabaha olan hava proqnozu açıqlanıb

20 Avqust 2017 11:27

Barselonadakı teraktın təşkilatçısı imam olub

20 Avqust 2017 11:18

46 yaşlı kişi içkidən zəhərlənərək öldü

20 Avqust 2017 11:16

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

20 Avqust 2017 11:14

Baş nazir terrorçulara xəbərdarlıq etdi

20 Avqust 2017 11:10

Yarımtikilidə ölən kişinin şəxsiyyəti müəyyənləşdi

20 Avqust 2017 11:09

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

20 Avqust 2017 11:08

Maestro Niyazinin anadan olmasının 105-ci ildönümüdür

20 Avqust 2017 10:58

Hindistanda güclü daşqınlar

20 Avqust 2017 10:54

Surqutdakı terror aktını Artur Hacıyev həyata keçirib

20 Avqust 2017 10:48

Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

20 Avqust 2017 10:42

Fransada terror həyəcanı

20 Avqust 2017 10:39

Xəzərdə batan 2 nəfər xilas edilib

20 Avqust 2017 10:33

Qaradağda "KamAZ" yandı

20 Avqust 2017 10:32

Daha bir şəhər İŞİD-dən azad edilir - ƏMƏLİYYAT BAŞLADI

20 Avqust 2017 10:29

Prezident İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib

20 Avqust 2017 10:25

Azərbaycanda yeni zavod açıldı - PREZİDENTİN İŞTİRAKI İLƏ

20 Avqust 2017 10:24

Nazirin müşavirini ildırım vurub öldürdü

20 Avqust 2017 10:23

Şahdağ Millli Parkında yanğın olub

20 Avqust 2017 10:22

Prezident İlham Əliyev Gədəbəyə gedib

20 Avqust 2017 10:19

Azərbaycan Prezidenti Gədəbəyə səfərə gəlib

20 Avqust 2017 10:17

Gecə cəbhədə nə baş verib? - Nazirlik MƏLUMAT YAYDI

20 Avqust 2017 10:13

Cənubi Koreyada partlayış olub, 4 nəfər ölüb

20 Avqust 2017 10:09

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu

20 Avqust 2017 10:08

Spirtli içkilər mikroskop altında necə görünür? ALİMLƏRDƏM MARAQLI GÖSTƏRİ

20 Avqust 2017 10:03

Hindistanda 360-dan çox insan daşqınların qurbanı olub

20 Avqust 2017 09:52

Fatimə saç düzümünü dəyişdi, Aygünə bənzədildi - FOTOLAR

20 Avqust 2017 09:43

Müdafiə nazirliyi bəyanat yaydı

20 Avqust 2017 09:39

Erməni silahlı qüvvələri atəşkəsi 127 dəfə pozub

20 Avqust 2017 09:37

İspaniyadakı terror aktının əsas təşkilatçısı Ripol şəhərinin imamı olub

20 Avqust 2017 09:23

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı

20 Avqust 2017 09:03

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək

20 Avqust 2017 08:57

Gələn həftədən “Sahil” metro stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq

20 Avqust 2017 08:33

Ən böyük loğman - ARI

20 Avqust 2017 08:03

Putin Netanyahu ilə görüşəcək

20 Avqust 2017 07:49

Oftalmoloq Aytən Sultanova: Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil

20 Avqust 2017 07:33

Yəhudilərə İspaniyanı tərk etmək çağırığı

20 Avqust 2017 07:09

Yüksək maaş verilən ölkələr - SİYAHI

20 Avqust 2017 07:03