​Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

​Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb
18:37 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7% bahalaşıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmayıb.
Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.
Birillik bitkilərdən xiyarın, pomidorun, quru otun, soğanın, kartofun, ağ turpun, sarımsağın istehsalçı qiymətləri bahalaşmış, kələmin, balqabağın, yerkökünün istehsalçı qiymətləri ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində çoxillik bitkilərdən əzgilin, xurmanın, heyvanın, narın istehsalçı qiymətləri ucuzlaşıb, fındığın və qozun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycanda-kend-teserrufati-mehsullarinin-istehsalci-qiymetleri-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR