I Avropa Oyunları ilə əlaqədar Bakıda altı bağlantılı yol tikilir

11:57 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:50 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə əlaqədar olaraq nəqliyyat yol-kompleksi üzrə təsdiq edilmiş tədbirlər planına əsasən Bakı-Ələt yolunun 4-6 kilometrlik hissəsində bağlantı avtomobil yollarının tikinti işləri davam edir.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

“Altı bağlantılı yolun uzunluğu 5 711 metr təşkil edir. Onlardan dördü 4 hərəkət zolaqlı, biri 3 hərəkət zolaqlı, digəri isə 6 hərəkət zolaqlıdır. Eyni zamanda bağlantıların birində avtomobillərin park edilməsi üçün nəzərdə tutulub. Yolboyu kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri də tikilib”, - deyə P. Mürsəliyev qeyd edib.  

 

Qeyd edək ki, bağlantı yolları su oyunları keçiriləcək arenada nəqliyyat vasitələrinin rahat giriş-çıxışını təmin etmək məqsədilə tikilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR