Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaricdəki müxalifətçilərimiz arasında ikitirəlik

Xaricdəki müxalifətçilərimiz arasında ikitirəlik

Date: 14 December 2015 18:42

AXCP-Müsavat davası sərhədləri aşdı

Milli.Az-a daxil olmuş məlumata əsasən, son zamanlar Avropada məskunlaşmış azərbaycanlı siyasi mühacirlər arasında ciddi parçalanma meylləri yaranmaqdadır.

Belə ki, üzvlərinin əksəriyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarları olan "Avropa Demokratiyaya Dəstək Alyansı" (ADDA) nümayəndələri ilə Müsavat Partiyasının tərəfdarlarından ibarət "Avropa Koordinasiya Mərkəzi"nin (AKM) üzvləri bir-birlərini Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda günahlandırmağa başlayıblar.

Qeyd olunmalıdır ki, AKM-in rəhbəri İlham Həsən və təşkilatın Nideraland Krallığı üzrə nümayəndəsi Eldəniz Yusibov ADDA rəhbəri Tural Sadıqlının gənc olmasını və özünü Avropadakı mühacirlərin lideri kimi qələmə verməsini qəbul etməyərək sonuncunun fəaliyyətini dəstəkləməkdən imtina ediblər. Baş vermiş vəziyyətlə əlaqədar Tural Sadıqlı Müsavat Partiyasının rəhbərliyini günahlandıraraq, həmin partiyanın üzvləri ilə bağlı onda nüfuzdansalıcı məlumatlar olduğunu iddia edərək bunu ictimailəşdirəcəyini bildirib.

Milli.Az


Tags:  Xaricdəki müxalifətçilərimiz arasında ikitirəlik

RƏYLƏR


Top news