Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə yaradılıb

“Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə yaradılıb

Date: 14 December 2015 18:43


Bakı, 14 dekabr, AZƏRTAC 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə yaradılıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd milli standartlaşdırma proqramına uyğun olaraq aparılan işləri beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və neft-kimya sahəsində mövcud standartların təkmilləşdirilməsi, yeni standartların hazırlanmasıdır.
Texniki Komitəyə ümumilikdə 17 dövlət müəssisəsi və onların struktur bölmələrinin əməkdaşları üzv seçilib. Bu siyahıda Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası yer alıb.
Məlumatda qeyd olunub ki, Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tags:  Neft-qaz hasilatı texnologiyası neft emalı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb


RƏYLƏR


Top news