Tələbələrin təhsil haqlarının ödənilməsində yenilik

Tələbələrin təhsil haqlarının ödənilməsində yenilik
18:47 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı"nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

AMB-dən Trend-ə verilən məlumata görə, hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu, Dövlət Miqrasiya Xidməti kimi dövlət orqanları yaradılmış infrastruktura inteqrasiya olunub. Eyni zamanda, HÖP infrastrukturu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya resursları, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən banklar, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış "Elektron Hökumət" dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.

Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya olunub. Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılmış informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilmiş ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.

Tələbələrdən təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunmasında və toplanmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara çatdırılmasında maraqlı olan bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər.

Yaradılmış infrastruktura qoşulmuş ali təhsil müəssisələri üzrə qəbul edilmiş təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu barədə Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.

Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş bu tədbir nəticəsində infrastruktura qoşulmuş dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda "Azərpoçt" MMC-nin və 42 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunmuş ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və "Elektron Hökumət" portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanına malik olublar. Xatırladaq ki, yuxarıda qeyd olunan istənilən üsulla təhsil haqları üzrə borcların öyrənilməsi və ödənişlərin aparılması üçün ödənişli təhsil alan tələbənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş xüsusi koddan və ya qəbz nömrəsindən istifadə edilə bilər.

Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə Hökumət Ödəniş Portalının infrastruktur imkanlarının genişləndirilməsi və təqdim edilən elektron ödəniş xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyada avtobus ayağı qapıda qalan uşağı yol ilə sürüyüb

23 İyul 2017 12:52

Terrorçular qadın geyimində qaçmağa çalışdılar - FOTOlar

23 İyul 2017 12:52

Bakıda maşınla 7 yaşlı qızı vurub qaçdılar

23 İyul 2017 12:49

Sumqayıtda 8 mənzildə yanğın olub

23 İyul 2017 12:49

Boksçularımız Dağıstanda 3 medal qazandılar

23 İyul 2017 12:47

İnanılmaz olay! Hamilə qadın tabutda uşaq dünyaya gətirdi FOTOLAR

23 İyul 2017 12:43

Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazanıblar

23 İyul 2017 12:32

Sabahın HAVAsı

23 İyul 2017 12:32

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq

23 İyul 2017 12:27

Pentaqon Türkiyənin Rusiyadan S-400 almaq niyyətindən narahatdır

23 İyul 2017 12:27

"Roma" serbiyalı müdafiəçi transfer etdi

23 İyul 2017 12:27

Mourinyonun transferini istədiyi 5 ulduz

23 İyul 2017 12:27

Uşağın gözləri qarşısında cinsi əlaqədə oldular -

23 İyul 2017 12:27

200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB – ŞOK FOTO

23 İyul 2017 12:23

Türkiyədə "Qarabağ" parkı açıldı

23 İyul 2017 12:22

Sabah yağış yağacaq, şimşək çaxacaq - HAVA PROQNOZU

23 İyul 2017 12:19

Üzünüzdəki “ölüm üçbucağı” - Kimlər təhlükədədir?

23 İyul 2017 12:13

Yevlaxda iki mərtəbəli ev yanıb

23 İyul 2017 12:09

Azərbaycan çempionatında yeni klub - "Masallı"

23 İyul 2017 12:07

17 kiloqram arıqlayan Nəsib Nur təəccübləndirdi - FOTO

23 İyul 2017 12:05

Ukrayna vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

23 İyul 2017 12:05

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

23 İyul 2017 11:58

"Barselona"nın Neymarın yerinə alacağı ulduz - Fantastik məbləğ

23 İyul 2017 11:57

2017-ci ildə 8 azərbaycanlı Ukrayna vətəndaşlığı alıb

23 İyul 2017 11:57

"Qalatasaray" Sneyderi geri qaytarır - Şok iddia

23 İyul 2017 11:57

Ermənilər iriçaplı pulemyotlardan atəşkəsi 126 dəfə pozub

23 İyul 2017 11:55

16 yaşlı gəlin 18 yaşlı ərini güllələdi

23 İyul 2017 11:52

Uşağına bu adı verənə 10 min dollar mükafat

23 İyul 2017 11:48

Rusiyada təyyarə gölə düşdü

23 İyul 2017 11:47

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlandı

23 İyul 2017 11:42

Ərdoğandan NATO-ya ÇAĞIRIŞ: "Heç bir mənası yoxdur"

23 İyul 2017 11:32

Makronun reytinqi 10% aşağı düşüb - SORĞU

23 İyul 2017 11:27

Bakıda gecə klubunda DAVA-DALAŞ

23 İyul 2017 11:24

Çində tikinti kranı aşdı: 7 ölü

23 İyul 2017 11:22

Türkiyə ABŞ-ın məxfi hərbi məlumatlarını açıqladı -

23 İyul 2017 11:21

Ərdoğandan çağırış: "Bizi aldatmağa çalışmayın"

23 İyul 2017 11:19

Aparıcının oğlu yanğın zamanı zəhərləndi

23 İyul 2017 11:17

Azərbaycanda məşhur restoran belə yandı - VİDEO

23 İyul 2017 11:14

Azərbaycanlı Səfəvilərin döyüş bayrağını satır - 10 min dollar

23 İyul 2017 11:12

Universitetdə zəhərlənənlərdən biri Tahirənin oğlu imiş - FOTO

23 İyul 2017 11:09

Mətanətin yaşıl kirpikləri - FOTO

23 İyul 2017 11:05

Məşhur türkiyəli müğənni Şəmikirə gəlib - FOTOLAR - ÖZƏL

23 İyul 2017 11:03

Nabi Keytanın transferi ilə əlaqədar razılıq əldə olundu

23 İyul 2017 10:57

"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib

23 İyul 2017 10:57

Türkiyədə 4 bal gücündə zəlzələ

23 İyul 2017 10:52

15 il sonra qəbri açdılar -

23 İyul 2017 10:49

"Azərbaycan və Rusiya liderlərinin münasibətinin səviyyəsi əlaqələrin səmərəliliyini müəyyən edir"

23 İyul 2017 10:47

Azərbaycan çaylarında suyun səviyyəsi xeyli azalıb

23 İyul 2017 10:44

Görün zibil deyib atdıqlarımız nələrə yarayır - Maraqlı üsullar

23 İyul 2017 10:43

Səfəvilər dövlətinin döyüş bayrağı satışa çıxarıldı - QİYMƏT

23 İyul 2017 10:39