Robert Prosineçki klub məşqçiləri ilə fikir mübadiləsi aparıb

Robert Prosineçki klub məşqçiləri ilə fikir mübadiləsi aparıb
18:48 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə ölkə futbolunun inkişafı, problemlərin həlli yolları müzakirə olunub. Əsasən, futbolçuların hazırlıq səviyyəsi, uşaq futbolunun vəziyyəti xüsusi vurğulanıb. Mövsüm ərzində futbolçuların daha çox oyun keçirməsini təmin etmək üçün Topaz Premyer Liqası klublarının iştirakı ilə daha bir turnirin təşkilinin zəruriliyi qeyd olunub.
Eləcə də, qış fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən klubların arasında qısamüddətli turnirin keçirilməsi təklifi də irəli sürülüb.
Görüş iştirakçıları təkliflərini irəli sürməklə yanaşı, müzakirələrin səmərəli və faydalı olacağına ümid etdiklərini bildiriblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Robert_Prosinechki_klub_mesqchileri_ile_fikir_mubadilesi_aparib-911196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR