Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

S&P "Azərbaycan Dəmir Yolları"nın reytinqini azaltdı

S&P "Azərbaycan Dəmir Yolları"nın reytinqini azaltdı

Date: 14 December 2015 18:58

Bakı. Maksim Tsurkov - Trend:

"Standard & Poor's" kredit reytinqi agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli kredit reytinqini "BB+"dan "BB-"dək azaldıb.

Trend-in agentliyə istinadən verdiyi məlumata əsasən, həmçinin QSC mənfi proqnozla "CreditWatch" siyahısına daxil edilib.

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən likvidlik fərqinin qarşılanması üçün nəzərdə tutulmuş digər kreditin bəyənilməsinin yubanması ilə əlaqədar olaraq, QSC-nin bu ilin noyabrında kommersiya kreditlərindən birinin ödənişini 3 iş günü gecikdirməsi reytinqdə öz əksini tapıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan Dəmir Yollarının reytinqini azaltdı

RƏYLƏR


Top news