Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan Dəmir Yolları"nın reytinqi azaldıldı

"Azərbaycan Dəmir Yolları"nın reytinqi azaldıldı

Date: 14 December 2015 19:17

"Standard & Poor's" kredit reytinqi agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli kredit reytinqini "BB+"dan "BB-"dək azaldıb.

Trend-in agentliyə istinadən verdiyi məlumata əsasən, həmçinin QSC mənfi proqnozla "CreditWatch" siyahısına daxil edilib.

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən likvidlik fərqinin qarşılanması üçün nəzərdə tutulmuş digər kreditin bəyənilməsinin yubanması ilə əlaqədar olaraq, QSC-nin bu ilin noyabrında kommersiya kreditlərindən birinin ödənişini 3 iş günü gecikdirməsi reytinqdə öz əksini tapıb.

Milli.Az


Tags:  Azərbaycan Dəmir Yollarının reytinqi azaldıldı


RƏYLƏR


Top news