Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtobus dərəyə düşdü, 41 polis öldü

Avtobus dərəyə düşdü, 41 polis öldü

Date: 14 December 2015 19:21

Argentinada dəhşətli yol qəzası baş verib. Hadisə zamanı 41 nəfər ölüb.

ANS PRESS-in xarici KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarını aparan bir avtobus paytaxt Buenos-Ayresdən aralı Santa bölgəsində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dərəyə aşıb.


Avtobusun düşdüyü dərə

Bildirilir ki, 3 avtobusdan ibarət avtomobil karvanı körpüdən keçərkən sürücülərdən biri qəfil idarəetməni itirib və içərisində 60 nəfər avtobus 20 metr yüksəklikdən dərəyə düşüb.

Hazırda ölkənin müvafiq qurumları avtobuslarda olan meyitləri çıxarmağa çalışırlar.


Avtobusun qalıqları

Tags:  Avtobus dərəyə düşdü 41 polis öldü

RƏYLƏR


Top news