Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtın gənc vokalçıları respublika müsabiqəsinə qatılıblar

Date: 14 December 2015 19:23


Sumqayıt, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbinin konsert zalında şəhər yeniyetmələri respublikada keçirilən ilk vokal müsabiqəsinə qatılıblar. Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda müsabiqədə 50 gənc vokalçı iştirak edib. Yarış iki mərhələdən ibarət olub. 15 iştirakçı II mərhələyə keçib.
Münsiflərin qərarına görə, müsabiqədə 10 nəfər gənc vokalçı - Mirməhəmməd Adıgözəlli, Riyad Cəbrayılov, Murad Abdalov, Zeynəb Aslanova, Rəvan Alməmmədli və digərləri fərqləniblər. Onlar Bakıda yanvarın 16-da keçiriləcək qala-konsertdə iştirak edəcəklər.

Tags:  Sumqayıtın gənc vokalçıları respublika müsabiqəsinə qatılıblar


RƏYLƏR


Top news