Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Masallıda 100-dən çox Xan çinarı əkilib

Masallıda 100-dən çox Xan çinarı əkilib

Baloğlan Əşrəfova ağır itki (26 Fevral 2017 17:38)
Əməkdar artist anasını itirdi (26 Fevral 2017 16:57)

Tarix: 14 Dekabr 2015 19:23


Masallı, 14 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallıda ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən agacəkmə kampaniyası çərçivəsində Gəncədən gətirilmiş 100-dən çox Xan çinarı əkilib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı Viləşçayın sahilində, şəhərin ayrı-ayrı məhəllələrində, park və xiyabanlarda yeni əkilmiş ağacları mühafizə etmək məqsədilə ətrafı hasara alınıb, əvvəllər əkilmiş ağac və gül kollarının dibləri yumşaldılıb, digər aqrotexniki tədbirlər görülüb.
Aqrotexniki qaydalarla əkilən çinar ağaclarının qorunması və inkişafına xüsusi nəzarət olunacaq. Bu ağaclar gələcəkdə Viləş çayının yatağında salınacaq park-bulvar kompleksinə özünəməxsus gözəllik qatacaq.
Ağacəkmə aksiyası Masallı-Yardımlı avtomobil yolunun Qəriblər kəndindən keçən ərazisində davam etdirilib. Magistral yolda yeni yaşıllıq zolağının salınması məqsədi ilə yerli iqlimə uyğun müxtəlif növ ağaclar əkilib.


Teqlər:  Masallıda 100-dən çox Xan çinarı əkilib



RƏYLƏR


Top xəbərlər