Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Fənərbağça" məsələsi Rusiyanı qarışdırdı

"Fənərbağça" məsələsi Rusiyanı qarışdırdı

Date: 14 December 2015 19:27

"Lokomotiv" Moskva - "Fənərbağça" qarşılaşması neytral meydanda keçirilə bilər. Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın RBC saytı Moskva klubunun idman direktoru Kiril Kotova istinadən  məlumat verib.

Kiril Kotov bildirir ki, biz püşkatmanı ləğv edə bilmərik, "amma qarşılaşmanın neytral meydançada keçirilməsini istəyirik". İdman direktoru bu barədə İstanbul klubuna da məlumat verəcəklərini deyib.
"Fənərbağça" klubunun beynəlxalq məsələlər üzrə direktoru Turqut Azay isə qarşılaşmaların İstanbulda və Moskvada  keçiriləcəyini bildirib. T. Azay onu da qeyd edib ki, idman klubu kimi onlar siyasətə qarışmırlar.

Rusiya idman naziri  Vitali Mutko isə qeyd edib ki, heç bir neytral meydançadan söhbət gedə bilməz. O, rusiyalı azarkeşlərin indidən İstanbuldakı qarşılaşmaya bilet almalarını məsləhət görüb.

Qeyd edək ki, bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə görə, Türkiyənin "Fənərbağça" klubu Rusiyanın "Lokomotiv Moskva" klubu ilə üz-üzə gələcək.

Milli.Az


Tags:  Fənərbağça məsələsi Rusiyanı qarışdırdı

RƏYLƏR


Top news