Azad Kərimov: “Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir”

Azad Kərimov: “Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir”
19:37 14 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

“Komandamız möhkəm birlik üzərində qurulub. Baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Yumruq kimi birləşmişik və eyni hədəfə vururuq”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Azad Kərimov deyib.


Klubun rəsmi saytına açıqlama verən müdafiəçi son oyunlar “sarı-göylər”in qələbə qazana bilməməsinə toxunub: “Futbol kollektiv və zəncirvari oyundu, bir futbolçu yaxşı oynamayanda ansambl pozulur. Bizdə hər şey normaldı, yeganə çatışmayan cəhətimiz qol vura bilməməyimizdi. Deyim ki, imkanlarımız olmur, düz çıxmaz. Hər oyun 4-5 real qol epizodu yaradırıq, amma istifadə edə bilmirik. Qol vura bilsək, nəticələrimiz yaxşılaşacaq”.


Topaz Premyer Liqasında qış fasiləsinin yaranmasına iki tur qalıb. Bu mənada “Kəpəz”i qarşıda “Xəzər Lənkəran”la səfər, “Neftçi” ilə ev oyunu gözləyir: “İnşallah, hər iki matçda uğur qazanmaq əsas məqsədimizdi. Maksimum nəticə ilə oyunları başa vursaq, hesabımıza 6 xal yazacağıq. Bu da turnir cədvəlindəki yerimizə təsirsiz ötüşməyəcək. Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir. Onlar istənilən hava şəraitində, ev və səfər oyunlarında bizi lazımınca dəstəkləyirlər. Fanatları sevindirməliyik”. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azad-krimov-bilirik-ki-azarkelrimiz-d-bizdn-qlb-gozlyir-t46144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR