Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Dekabr

Date: 14 December 2015 20:14

 
Çinin öz milli valyutasının devalvasiya etməsinə səbəb təkcə iqtisadi amillər deyil. Pekin uzun illərdir yuanın dünyanın ən dönərli 5 valyutası sırasına daxil etmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Fond isə yuanın kursunun daim sabit qalmasını bəhanə gətirərək  rəsmi Pekinin xahişini rədd edirdi. Ta ki, Çində ilk devalvasiya baş verənə qədər. Çinlilər yuanı devalvasiya etməklə Beynəlxalq Valyuta Fondunun bəhanəsini əlindən aldılar və nəticədə Fond Çin  yuanını 5 valyutanın daxil olduğu səbətə daxil etdi. Qərar gələn ilin oktyabrından qüvvəyə minəcək, bu dövrə qədər isə Çin yuanın kursunun dövlət tərəfindən deyil, bazarın diktəsi ilə tənzimləndiyini isbat etməli olacaq. Bu səbəbdən Pekin hələ bir neçə dəfə yumşaq devalvasiyaya əl atacaq. Məsələ bunda deyil, məsələ yuanın devalvasiyasının Cənub-Şərqi Asiya regionuna və Çinlə sıx iqtisadi əlaqələri olan postsovet məkanı ölkələrinə mənfi təsirindədir. Artıq üçüncü dəfədir ki, Çində devalvasiya domino prinsipi ilə Qazaxıstan və Rusiyanın milli valyutalarını çökdürür. Çinlə həmsərhəd olan ölkələr də analoji prosesi yaşayırlar. Yuanın dollara məğlub olması digər valyutaların da dollar qarşısında müqavimətini azaldır. Buna görə də yuanın kursu hələlik dünya iqtisadiyyatının durumunu dəyərləndirmək üçün əsas indikatorlardan biri olaraq qalır. 
 
Vüqar MƏSİMOĞLU


Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku 14 Dekabr

RƏYLƏR


Top news