Şəmkir sakini Gədəbəydə bıçaqlandı

Şəmkir sakini Gədəbəydə bıçaqlandı
20:39 14 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayon sakini Gədəbəydə bıçaqlanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Ziya Şərifov qarın nahiyəsindən bıçaqlanma xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə Z. Şərifov Gədəbəyin Əlinağılar kəndində Elman Qənbər oğlu Quliyev tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR