Milyarder oğlu anasını boğdu

Milyarder oğlu anasını boğdu
20:42 14 Dekabr 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Rus oliqarx İqor Sosinin oğlu Kazandakı otellərdən birində anasını boğaraq öldürüb. 

Milli.Az bildirir ki, bui barədə Gazeta.ru yazır. 

19 yaşlı oğlan anasını "Korston" otelində qətlə yetirib. 

Dekabrın 10-da Kazanın polis şöbəsinə otelin işçiləri müraciət edərək daimi müştərilərdən birinin qeyri-adekvat hərəkətlərindən şikayət ediblər. 

Otelə gələn polis dəhlizdə güclü narkotik sərxoşluğu vəziyyətində olan gənclə rastlaşıblar. Nömrədə isə sonradan məlum olduğu kimi, oğlanın anasının meyidi aşkarlanıb. 

Mərhumun bədənində çoxlu sayda göyərmələr, yara izləri olub. Bildirilir ki, ölümə səbəb asfiksiya (boğulma) olub. Qadını oğlu adapter şnuru ilə boğub. 

Milyarder İqor Sosin "Starik Xottabıç" mağazalar şəbəkəsinin sahibi və OBİ-ın səhmdarıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR