"Rio-2016"da iştirak edəcək ilk 60 boksçunun adı açıqlanıb

"Rio-2016"da iştirak edəcək ilk 60 boksçunun adı açıqlanıb
20:47 14 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək ilk 60 boksçunun adı məlum olub. "Report"un məlumatına görə, 20 boksçu AİBA Proboxing turnirindən, 17-si WSB liqasından, 23 nəfər isə Qətərdə keçirilən dünya çempionatından planetin ən böyük yarışına vəsiqə qazanıblar.
Braziliyada 286 dəri əlcək ustası rinqə çıxacaq. Olimpiadaya ilk vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 3 üzvü də var. Dünya çempionu Elvin Məmişzadə (52 kq), dünya çempionatının gümüş mükafatçısı Albert Səlimov və bürünc medalçı Pərviz Bağırovun (69 kq) "Rio-2016"da çıxış edəcəyi artıq dəqiqləşib. Kuba yığmasının 7 üzvü Olimpiya oyunlarına lisenziyaya yiyələnib.
49 kq. Yohahnis Argilagos (Kuba), Patrik Barns (İrlandiya), Vasili Yeqorov (Rusiya), Bin Lyu (Çin), Birjan Jakipov (Qazaxıstan).
52 kq. Mişa Aloyan (Rusiya), Jeyvier Cintron Okasio (Puerto Riko), Elias Emigido (Meksika), Açraf Xarroubi (Mərakeş), Elvin Məmişzadə (Azərbaycan), Yosbani Veitia (Kuba).
56 kq. Muradjon Axmedaliyev (Özbəkistan), Dmitri Asanau (Belarus), Maykl Konlan (İrlandiya), Endi Kruz Qomez (Kuba), Xedafi Djelxir (Fransa), Vladimir Nikitin (Rusiya), Jiavei Jhang (Çin).
60 kq. Berik Abdraxmanov (Qazaxıstan), Adlan Abduraşidov (Rusiya), Lazaro Alvarez Estrada (Kuba), Karlos Balderas (ABŞ), Robson Konseysao (Braziliya), Albert Səlimov (Azərbaycan), Xurşid Tocibayev (Özbəkistan).
64 kq. Abdelkader Çadi (Əlcəzair), Raul Qarsiya (Meksika), Vitali Dunaytsev (Rusiya), Fazliddin Qaibnazarov (Özbəkistan), Artem Harutunyan (Almaniya), Vuttiçai Masuk (Tailand), Yasiner Toledo (Kuba).
69 kq. Pərviz Bağırov (Azərbaycan), Stiven Donelli (İrlandiya), Vhei Liu (Çin), Muhammed Rabii (Mərakeş), Onur Sipal (Türkiyə), Daniyar Yeleussinov (Qazaxıstan), Andrey Zamkavoy (Rusiya).
75 kq. İlyas Abbadi (Əlcəzair), Hossam Abdin (Misir), Artyom Çebotaryov (Rusiya), Tomaş Yablonski (Polşa), Adem Kıliççı (Türkiyə), Arlen Lopez (Kuba), Bektemir Melikuziyev (Özbəkistan).
81 kq. Matyö Baudelinq (Fransa), Julio Sezar La Kruz (Kuba), Valentino Manfredonia (İtaliya), Ehsan Rouzbahani (İran), Hrvoje Sep (Xorvatiya), Cozef Vard (İrlandiya).
91 kq. David Qraf (Almaniya), Vasili Levit (Qazaxıstan), Klemente Russo (İtaliya), Yevgeni Tişenko (Rusiya).
+91 kq. Filip Hrqoviç (Xorvatiya), Mihay Nistor (Rumıniya),Erik Pfeyfer (Almaniya), Toni Yoka (Fransa)
Qeyd edək ki, qarşıda qitələr üzrə Olimpiya təsnifat yarışları və gələn ilin iyununda isə dünya Olimpiya təsnifat turniri olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/rio-2016-da-istirak-edecek-ilk-60-bokscunun-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR