Romanın Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini əks etdirən loqo təqdim olunub

Romanın Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini əks etdirən loqo təqdim olunub
20:48 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 14 dekabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romanın 2024-cü il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini əks etdirən loqonun təqdimatı olub. Loqoda İtaliya bayrağının rənglərinə - ağa, qırmızıya, yaşıla bürünmüş Kolizey amfiteatrı əks olunub.
Tədbirdə çıxış edən İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo bildirib ki, bu loqo təkcə Romanın deyil, bütün İtaliyanın dünya idmanına töhfə verməsini göstərir. O deyib: “Hamımız bu önəmli tədbir üçün komanda halında birləşməliyik”.
Təşkilat Komitəsinin prezidenti Luça Di Montezemolo Romanın öz mədəniyyəti, gözəlliyi, eyni zamanda, müasirliyi və gənc ruhu ilə ən möhtəşəm Yay Olimpiya Oyunlarından birinə ev sahibliyi etmək iqtidarında olduğunu bildirib. “Biz Oyunları keçirməyə namizədliyini irəli sürmüş Paris, Los-Anceles və Budapeşt üçün güclü rəqib olduğumuzu və bu titulu almaq istiqamətində gecə-gündüz çalışacağımızı demək istəyirik. Təşkilat Komitəsi olaraq çox gözəl başa düşürük ki, Olimpiya Oyunları Romanın və bütünlüklə İtaliyanın potensialını nümayiş etdirmək üçün əvəzsiz imkandır. Məhz bu baxımdan biz bu Oyunları möhtəşəm idman bayramına çevirmək istəyirik. Əminik ki, bu yolla bütün dünyanın diqqəti İtaliyada olacaq”, deyə o əlavə edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Romanin_Olimpiya_Oyunlarinin_ev_sahibliyine_namizedliyini_eks_etdiren_loqo_teqdim_olunub-911238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR