Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib

Date: 14 December 2015 20:57

Bakı. 14 dekabr. REPORT.AZ/ Roma Papası Fransisk növbəti dəfə ictimaiyyəti öz səmimiliyi və müasir internet tendensiyalara marağı ilə təəcübləndirib.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də Vatikanın rəsmi İnstaqram səhifəsində Roma Papasının şəxsən çəkdiyi ilk selfisi yerləşdirilib.
Üzündəki ifadədən onun həyatsevər insan olduğu görünür. Bir neçə saat ərzində şəkil 10 000-dək insan tərəfindən bəyənilib və maraqlı kommentlərə səbəb olub.
Roma Papasını həmçinin islahatçı da adlandırırlar. Çünki o, kilsəni sadə insanlara daha da yaxın etmək niyyətindədir. Artıq bir neçə də, o, keşişləri daha sadə həyat tərzi sürməyə və kasıblara yardım etməyə çağırıb. 

Tags:  Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib

RƏYLƏR


Top news