İranda ilk dəfə mülki vertolyot pilotlarının təlim mərkəzi yaradılıb

İranda ilk dəfə mülki vertolyot pilotlarının təlim mərkəzi yaradılıb
11:58 30 Dekabr 2014
103 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda ilk dəfə olaraq mülki vertolyot pilotlarının təlim mərkəzi yaradılıb. Bunu İranın yol və nəqliyyat nazirinin müavini Əlirza Cahangirian deyib. Bu barədə Trend İranın Mehr xəbər agentliyinə istinadən məlumat verir.

Ə.Cahangirian bildirib ki, vertolyot pilotu olmaq istəyən mülki şəxslərə təlim keçmək məqsədi ilə 4 təlim vertolyotu ayrılıb: “Təyyarə pilotluğu üzrə ölkədə 20-yə yaxın təlim mərkəzi var, lakin ilk dəfədir ki, mülki şəxslərin vertolyot pilotluğu öyrənməsi üçün lisenziya verilib və mərkəz fəaliyyətə başlayıb”.

Qeyd edək ki, təlim üçün ayrılmış vertolyotlar ABŞ istehsalı olan "Robinson R44" tipli helikopterlərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2348940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR