Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müəmmar Qəddafinin oğlu saxlanılıb

Müəmmar Qəddafinin oğlu saxlanılıb

Date: 14 December 2015 21:17

Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Hannibal Livanda saxlanılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Ən-Nahar" qəzeti xəbər verib.
 
Məlumata əsasən, dindirilmədən sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.
 
Hannibal Qəddafi 1978-ci ildə Liviyada müəmmalı şəkildə itkin düşən şiə imamı Musa Sədr barədə məlumatı qəsdən gizlətməkdə təqsirli bilinir.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Hannibal Qəddafi Livanda şiə qruplaşmaları tərəfindən oğurlanıb, sonra isə təhlükəsizlik orqanlarına təhvil verilmişdi. Mühacir həyatı yaşayan 40 yaşlı  Hannibal Qəddafi livanlı model Alina Skaffla evlidir və tez-tez Beyrutda olur.

Milli.Az


Tags:  Müəmmar Qəddafinin oğlu saxlanılıb


RƏYLƏR


Top news