Cərimə yazılıb, amma sistemdə yoxdur - VİDEO

Cərimə yazılıb, amma sistemdə yoxdur - VİDEO
21:27 14 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Sürücülər polisə müraciət etməlidirlər

Texniki vasitələrlə qeydə alınan qayda pozuntusuna görə cəriməni bankda, poçtda, eləcə də internet üzərindən ödəmək olar. Bizə müraciət edən sürücü qəribə vəziyyətlə üzləşib. Onun ünvanına protokol gəlsə də, cəriməni ödəyə bilmir. Protokol haqqında məlumatların ödəmə sisteminə daxil edilməməsidir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Aydın Şükürov 1 aydan artıqdır yol hərəkəti qaydasını pozduğu üçün ona verilən cəriməni ki, ödəyə bilmir. Qanunvericiliyə görə isə qayda pozuntusu texniki vasitələrlə qeydə alınan anda yol polisinin mərkəzi informasiya sisteminə düşür.

Daha sonra məlumatlar kağız daşıyıcıda poçt vasitəsilə sürücüyə çatdırılır. Sürücü pozuntu ilə razılaşaraq məktuba imza atandan sonra, sənəd polisə göndərilir və pozuntu haqda qərar qəbul edilir. 2 gün ərzində həmin qərar ödəmə məntəqələrinin sistemində görünməlidir. Əks halda bir sıra problemlər yarana bilər.

Sürücü həmdə cəriməni tez ödəməyə görə nəzərdə tutulan güzəştdən məhrum olur. Qayda pozuntularının müxtəlif texniki vasitələrlə qeydə alındığı bir dövrdə bu məsələ daha da aktuallaşır. Bənzər halla başqa sürücülər də qarşılaşa bilərlər. Baş Dövlət Yol İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə, bu iki səbəbdən baş verə bilər. Problemin həlli üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməlidir. Bundan sonra məsələ araşdırılaraq həllini tapa bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR