Təmir olunan yolda xəbərdarlıq nişanı olmasa... - VİDEO

Təmir olunan yolda xəbərdarlıq nişanı olmasa... - VİDEO
21:27 14 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Belə olan halda dəymiş zərəri kim ödəməlidir?

Yolda təmir gedir, ancaq bununla bağlı xəbərdarlıq nişanı qoyulmur nəticədə isə bu qəzalara səbəb olur və ya avtomobillərə ziyan dəyir. Belə olan halda dəymiş zərəri kim ödəməlidir?  

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, təmir aparılacaq yolda lazımı xəbərdarlıq nişanlarının olmaması həm insanların xəsarət almasına, həm də avtomobillərin əzilməsinə səbəb olur. Nəticədə isə insanlara həm maddi, həm də fiziki zərər dəyir.

Ekspertlər bildirir ki, hadisə təmir gedən yolda qoyulmayan yol nişanlarına görə baş verərsə, zərərçəkən bu iddiasını sübuta etmək üçün vizual dəlillərə sahib olmalıdır. Bu foto və ya video çəkiliş ola bilər.

Yolda təmir həyata keçirən zaman təhlükəsizliyi təmin etməyən fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 50 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə ödəmələdirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR