Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Roma Papasının ilk selfisi

Roma Papasının ilk selfisi

Date: 14 December 2015 21:31

Vatikanın rəsmi “Instagram” hesabında Roma Papası Françıskın birinci selfisi yayılıb.

ANS PRESS-in məlumatına görə, şəkil artıq 10 mindən çox "layk" yığıb.

Şəkil yayılandan bəri həmçinin bir çoxları şəkilaltı şərhlər yazıb. Şərhlərdə istifadəçilər apardiği fəaliyyəti üçün pontifikə təşəkkür edirlər. Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. O,5 uşağlı ailənın ən kiçiy uşağı olub. Roma Papası Françısk İtalyan dilində sərbəst danışır.



Tanınmış siyasətçilər arasında Rusiyanın baş naziri Dmitri Medvedev selfi həvəskarı kimi tanınır. Baş nazir mütamadi olaraq selfi edib bunu sosial şəbəkədə öz səhifəsində yerləşdirir.



Bu il mart ayında Medvedev "İnstaqram" hesabında milyonuncu abunəçinin şərəfinə selfi edərək yayıb. "1 milyon abunəçi. Təşəkkürlər!", - deyə baş nazir şəkilin altında yazıb. Şəkil fotoaparatla çəkilib və güzgüdə əks edilib. Dmitri Medvedev internetdə aktiv istifadəçilərdən sayılır və daim selfiləri ilə diqqət mərkəzinə düşür.
Medvedevin İnstagram, Twitter, Facebook və ВКонтакте sosial şəbəkələrində hesabı mövcüddur. Medvedev həmçinin "İnstaqram"da izləyicilərinin xahişi ilə bir neçə selfi müəllifi sayılır.



Tags:  Roma Papasının ilk selfisi


RƏYLƏR


Top news