Qəbzlər MTK-nın möhürü ilə gəlir - VİDEO

Qəbzlər MTK-nın möhürü ilə gəlir - VİDEO
21:37 14 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Bəs MTK ləğv olunarsa, vətəndaşlar nə etməlidirlər?

Yeni binaların çoxunda sakinlərə işıq və su pulunun qəbzi mənzil tikinti kooperativlərinin möhürü ilə gəlir. Yəni, sakin nə qədər enerji, yaxud su istifadə edirsə, bunun hesabatını mtk-ya verir. Ekspertlər isə deyirlər ki, MTK-ların bu səlahiyyəti qanunvericiliyə ziddir

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yeni yaşayış binaların əksəriyyətində demək olar ki, vəziyyət eynidir. Sakinlərə su və işıqdan istifadəyə görə qəbzləri mənzil tikinti korperativlərnin möhürü ilə gəlir. Əmlak eksperti Ramil Osmanlı isə deyir ki, qanunvericiliyə uyğun olaraq MTK-nın vəzifəsi mənzil fondunun idarə edilməsi və yaşayış binaısnın sakinlərin istifadəsinə verilməsi ilə yekunlaşmalıdır

Ekspert deyir ki, qanunvericiliyə görə MTK-ların bu fəaliyyəti qanuna uyğun deyil. Azərsu Açıq Səhmdar cəmiyyətindən bildirildi ki, istismara verilməyən binalarda abonent mtk hesab olunur. ay sonunda da sudan istifadəyə görə ödənişlər mtk-dan alınır. Əgər MTK-lar ləğv olunarsa, sakinlərin hər biri müraciət edərək, kod almalıdırlar. "Azərışıq" Açıq səhmdar cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayevin də məsələyə münasibəti fərqli deyil. Tanrıverdi Mustafayev bildirib ki, əgər bina istismara götürülərsə, eyni qaydada bütün sakinlər müraciət edərək, kod alıb, bildiriş əsasında ödəniş edə bilərlər. Bəs MTK ləğv olunarsa qalıq borc yarandıqda sakinlər nə etməlidir. bəs sakinlər nə edəcək?

Burdan belə bir nəticəyə gəlmək olar ki, gələcəkdə bu kimi problemlər baş verməməsi üçün MTK-ların müraciət əsasında yeni binalar istismara alınmaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR