Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Date: 14 December 2015 21:48


Tbilisi, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Gürcüstan Parlamentinin Milli Kitabxanasında azərbaycanlı gənc rəssam Rasim Həsənovun rəsm əsərlərinin sərgisi açılıb.
“Xeyir və şər” adlı sərginin açılışında elm, mədəniyyət xadimləri, hökumət rəsmiləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgidə rəssamın 19 rəsm əsəri nümayiş etdirilir. Bu əsərlərdə xeyirlə şərin mübarizəsi, insanların bu mübarizədəki çaşqınlığı, mövqeyi və düşüncələri əksini tapıb.
R.Həsənov deyib: “Bu gün insanlar sanki çaşqınlıq içərisindədirlər. Bəzən xeyirlə şərin bir-birini üstələməsi onları çətin vəziyyətə salır. Çalışmışam ki, əsərlərimlə insanlara bu mübarizədə xeyrin yerini, üstünlüyünü çatdırım”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi







Tags:  Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb


RƏYLƏR


Top news