MTN işçilərinin gələcək taleyi

MTN işçilərinin gələcək taleyi
21:56 14 Dekabr 2015
190 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə ləğv edilmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçilərinin gələcək taleyinə aydınlıq gətirilib.

ANS PRESS-in məlumatına görə, böyük ehtimalla struktur dəyişikliyi nəticəsində MTN-in bütün heyəti sərəncama göndəriləcək. Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, belə struktur dəyişikliyi olanda bütün heyət sərəncama göndərilir və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılır: “Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur”.

Bu gün prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Fərmana görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmçinin prezident Ilham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.


Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.


Prezidentin digər fərmanı ilə yeni yaradılan Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sedyar oğlu Sultanov təyin edilib. Orxan Sultanov bundan əvvəl Xarici İşlər Nazirliyi sistemində işləyib. O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. Orxan Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olub. Bundan əlavə, O.Sultanov peşəkar MTN zabitidir.


Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitələrilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37

Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

24 İyul 2017 23:32

Azərbaycanda 44 yaşlı kişi güllələnib

24 İyul 2017 23:32

Oğuzda 44 yaşlı kişi güllələndi

24 İyul 2017 23:29

Bağdadinin real varislərindən biri öldürüldü

24 İyul 2017 23:28

Artıq çəki problemi olanlar üçün çimərlik geyimi modelləri - FOTO

24 İyul 2017 23:27

Trampın kürəkəni etiraf etdi -

24 İyul 2017 23:25

"Barselona"nın planı baş tutmadı

24 İyul 2017 23:22

Alişanın nişanlısı cazibədar fotolarını paylaşdı

24 İyul 2017 23:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTO

24 İyul 2017 23:12

Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri

24 İyul 2017 23:05

"Panatinaikos"un gündəmindəki futbolçular...

24 İyul 2017 23:05

Rusiya Suriyadakı iki yeni təhlükəsizlik zonasına hərbi polis yerləşdirib

24 İyul 2017 22:58

Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

24 İyul 2017 22:57

"Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm"

24 İyul 2017 22:52

“Mançester Siti”dən daha bir rekord transfer

24 İyul 2017 22:49

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

24 İyul 2017 22:47

"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"

24 İyul 2017 22:42

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO

24 İyul 2017 22:37

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb

24 İyul 2017 22:36

Maşında kondisioner: komfort yoxsa təhlükə?

24 İyul 2017 22:32

Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:27

Azərbaycan neftinin SON QİYMƏTİ

24 İyul 2017 22:27

Rusiyada şaxtada partlayış baş verib

24 İyul 2017 22:17

24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - VİDEO

24 İyul 2017 22:17

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO

24 İyul 2017 22:12

Merilin Monronun indiyədək üzə çıxmayan fotoları

24 İyul 2017 22:12