Çempionlar Liqasının təqvimi (VİDEO,FOTO)

Çempionlar Liqasının təqvimi (VİDEO,FOTO)
22:01 14 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

ANS PRESS-in məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə komandalar 8 cütlüyə bölünüb.



Ümumilikdə 1/8 final mərhələsində 10 ölkə təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə 3, Almaniya ilə İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə 1 komanda ilə təmsil olunacaqlar. Çempionlar Liqasının 1/8 final mərhələsinin proqramı açıqlanıb. Mərhələnin ilk oyunları 16, 17, 23, 24 fevral, cavab qarşılaşmaları 8, 9, 15, 16 mart tariхlərində keçiriləcək.

Çempionlar Liqası
1/18 final
İlk oyunlar

16 fevral
PSJ (Fransa) - Çelsi (İngiltərə)
Benfika (Portuqaliya) - Zenit (Rusiya)

17 fevral
Gent (Belçika) - Volfsburq (Almaniya)
Roma (İtaliya) - Real (İspaniya)

23 fevral
Arsenal (İngiltərə) - Barselona (İspaniya)
Yuventus (İtaliya) - Bavariya (Alrmaniya)

24 fevral
PSV (Hollandiya) - Atletiko (İspaniya)
Dinamo (Ukrayna) - Mançester Siti (İngiltərə)

Cavab oyunları

8 mart
Volfsburq (Almaniya) - Gent (Belçika)
Real (İspaniya) - Roma (İtaliya)

9 mart
Çelsi (İngiltərə) - PSJ (Fransa)
Zenit (Rusiya) - Benfika (Portuqaliya)

15 mart
Atletiko (İspaniya) - PSV (Hollandiya)
Mançester Siti (İngiltərə) - Dinamo (Ukrayna)

16 mart
Barselona (İspaniya) - Arsenal (İngiltərə)
Bavariya (Alrmaniya) - Yuventus (İtaliya)

Qeyd edək ki, Çempionlar liqasının sonuncu qalibi "Barselona" klubu olub. Katalonlar finalda "Yuventus"u məğlub edərək 2014-cü ildə çempion olub. Oyun 3:1 hesabı ilə başa çatıb. Bu, katalonlar üçün Çempionlar Liqasında 5-ci qalibiyyət olub.


"Barselona" - "Yuventus" 3-1

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR