Rusiya rəsmisi: "Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir"

Rusiya rəsmisi: "Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir"
22:04 14 Dekabr 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç  "Rossiya 24" kanalının efirində deyib.

 

"Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri destruktivdir və bunun heç bir davamı yoxdur", deyə Aleksandr Lukaşeviç jurnalistin Türkiyə rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatının şərh etməsi ilə bağlı xahişinə cavabında bildirib.

 

Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyənin Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün hər şeyi edəcəyini bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR