Bir qrup Nardaran sakini Ombudsmana müraciət edib

Bir qrup Nardaran sakini Ombudsmana müraciət edib
22:29 14 Dekabr 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir qrup Nardaran sakini Ombudsman Elmira Süleymanovaya müraciət edib.

 

Nardaran sakini Natiq Kərimovun lent.az-a verdiyi məlumata görə, müraciətə səbəb qəsəbədə baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlıdır.

 

“Onlar Ombudsmandan həmin şəxslərlə görüşməyi, onların vəziyyəti ilə bağlı ailələrinə məlumat verməyi xahiş edirlər” deyə N. Kərimov qeyd edib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, bu il noyabrın 26-da Nardaranda respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı dəstənin zərərsizləşdirilməsi ilə bağlı tədbirlər keçirilib.

 

Tədbirlər zamanı iki nəfər polis əməkdaşı həlak olub. Silahlı dəstənin 4 üzvü zərərsizlləşdirilib, biri isə xəstəxanada dünyasını dəyişib.

 

Daha sonra isə Nardaran qəsəbəsində sabitlik pozulub, bir qrup şəxs qəsəbə üzərində nəzarəti həyata keçirmək istəyib.

 

Dekabrın 1-də hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində qəsəbədə asayiş bərpa olunub, ərazidə polis nəzarəti təmin edilib.

 

Daxili işlər naziri Ramil Usubovun bildirdiyinə görə, hadisıə ilə bağlı 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR