Dəmir yolu gərgin günlərə hazırlaşır

Dəmir yolu gərgin günlərə hazırlaşır
22:31 14 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yeni ilin sərnişin sıxlığına hazırlaşır.

ANS PERSS-in məlumatına görə, qurum bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Qurumun mətbuat katibi Nadir Əzməmmədovun verdiyi məlumata görə, xətlərə əlavə 20 vaqon buraxılacaq: "Bununla bağlı artıq qoşulacaq vaqonlar hazır vəziyyətə gətirilib. Həmçinin, sərnişinlərin problemsiz daşınması ilə bərabər, yüklərin də daşınmasında problem olmayacaq".


"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri.

Bayram günlərində sərnişinlərin təhlükəsizliyi məqsədi ilə körpülərdə, keçidlərdə və vağzallarda mühafizə tədbirləri daha da gücləndiriləcək.

Yeni il ərəfəsində dəmir yollarından istifadə edənləri daha bir yenilik gözləyir. Belə ki, əvvəllər qatarlara bilet bir istiqamətə satılırdısa artıq qatarlara biletlər hər iki istiqamət üçün satışı həyata keçirləcək.

Bayram günlərində yaranacaq sıxlığın qarşısını almaq üçün bütün reyslərə əlavə qatarların qoşulacağını bildirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR