İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?

İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
22:42 14 Dekabr 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

Göyərtəsində 178 sərnişin olan bərə yandı: ölənlər və itkin düşənlər var (20 May 2017 09:28)
İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb: ölənlər və itkin düşənlər var (20 May 2017 07:37)
Kolumbiyada sel nəticəsində 314 nəfər itkin düşüb (06 Aprel 2017 04:43)

Bu gün "Günəşli" yatağının 10-cu platformasında baş verən dəhşətli faciədən 10 gün ötür. 32 neftçinin həlak olması və itkin düşməsi ilə nəticələnən hadisə ilə bağlı axtarışlar hələ də davam edir. İtkin düşənlərdən 6 nəfərinin cəsədi sulardan çıxarılsa da, 23 nəfərin axtarışı hələ də davam edir. "Günəşli" qəzası ilə təxminən eyni vaxtda "Neft Daşları"nda baş vermiş hadisədə itkin düşən 3 əməkdaşın da axtarışları heç bir nəticə verməyib. 

İtkin düşənlərin sağ qalmasına ümidlər artıq demək olar ki, tükənib. Ekspertlər də bildirir ki, açıq dənizdə 10 gün ərzində insanın sağ qalması mümkün deyil. Hətta onların cəsədlərinin tapılmasına da inam azalıb. 

Bəs, itkin düşən şəxslərin ölmüş elan olunması qanunvericilik qaydasında necə həyata keçirilir? 

Milli.Az xəbər verir ki, hüquqşunas Müzəffər Baxışov musavat.com-a açıqlamasında bildirdi ki, itkin düşən insanın ölmüş elan edilməsi üçün qanunla 5 illik müddət nəzərdə tutulur: "Hər hansı şəxsin itkin düşmüş hesab edilməsi üçün isə 2 illik müddət lazımdır. Lakin bu hər hansı bir təbii fəlakət nəticəsində və ya bəlli bir hal nəticəsində olubsa, 6 ay müddətində həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilsə, məhkəmə hökm çıxaracaq ki, onu ölmüş hesab etsinlər. Belə hallarda 6 ayda həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarıla bilər. Çünki, bu hal bütün Azərbaycana bəllidir. Əgər 6 ay ərzində o insanlar tapılmasa və məhkəməyə müraciət edilsə, məhkəmə həmin şəxslər haqqında hökm verə bilər. Onlara həm kompensasiya, həm də sığorta haqları veriləcək. Ola bilsin ki, ARDNŞ onlara müəyyən təminatlar ödəsin. Bu, həmin şirkətdən asılıdır. Onlar qanunda nəzərdə tutulmuş bütün güzəştlərdən istifadə edə biləcəklər". 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev də qeyd etdi ki, əslində, bu insanlar artıq ölmüş elan edilməli idi: "Qanunvericiliyə görə, itkin düşmüş şəxslərin ölmüş elan edilməsi məhkəmə qaydasında həll edilməlidir. Ancaq bu olmasa belə, yəqin ki, kompensasiya veriləcək. Çünki, bu məsələ ölkə başçısının birbaşa diqqət mərkəzindədir. Hökumət itkin düşənlərə də eyni şərtlərlə sığorta və kompensasiya ödənilməlidir. Burada qanunu əsas gətirərək, ayrı-seçkilik salmaq doğru olmaz. Çünki, məhkəmə qərarı da formal xarakter daşıyır, o insanlar artıq həyatlarını itiriblər". 

Azər Quliyev qeyd etdi ki, qanun bu cür fövqəladə hadisələri deyil, ümumi halları nəzərdə tutur: "Yəni, insan var ki, evdən çıxıb və geri dönməyib. Onun sağ qalmaq imkanı daha çoxdur, tapıla, geri dönə bilər. Dənizdə itkin düşən şəxs isə artıq çoxdan həyatını itirib və onların ölmüş elan edilməsi formal bir haldır. Çünki, bu bütün ölkənin gözünün önündə olub. Bu səbəbdən də məhkəmə qaydasında bu qəbul olunmadan sonra həmin şəxslərin kompensasiyaları ailələrinə ödənilməlidir. Həmin ailələrə həm Nazirlər Kabinetinin qərarına əsasən kompensasiya, həm də sığorta ilə əlaqədar vəsait ödəniləcək. Hələ ki, həmin ailələrin başı qarışıqdır. Bu məsələ ilə bağlı hər hansı narazılıq yoxdur. Ola bilər ki, gələcəkdə hər hansı bir anlaşılmazlıq olsun. Ola bilər ki, onların ailə tərkibində birdəfəlik və aylıq maddi yardım alanlarla bağlı hansısa narazılıq olsun. Belə formal hallar ola bilər. Ancaq mən inanmıram ki, dövlətin nəzarətində olan bu prosesdə ciddi qanun pozuntuları baş versin".

Hazırda kompensasiyaların verilməsi ilə bağlı problemlərdən biri də odur ki, baş verən hadisədə ölən və itkin düşən şəxslərin ailələrinə birdəfəlik 15 min manat kompensasiya verilsə də, bu, "Günəşli" fəlakəti ilə eyni gündə - dekabrın 4-də "Neft daşları"nda qasırğa zamanı itkin düşən 3 neftçinin ailəsinə şamil edilməyib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Neft daşları"nda itkin düşən 3 neftçiyə birdəfəlik maddi yardım verilməməsinə etiraz edib: "Bu sərəncam "Neft daşları"nda öz vəzifə borcunu yerinə yetirərkən, işbaşında həlak olan 3 neftçiyə niyə aid edilməyib? Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğınmı olmalı idi?"

Sonuncu problemlə bağlı ARDNŞ-in mətbuat xidmətindən rəy öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Mövzunu davam etdirəcəyik.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

NATO-ya yeni üzv qəbul ediləcək

24 May 2017 14:13

ABŞ nefti niyə və necə ucuzlaşdırmaq istəyir? - TƏHLİL

24 May 2017 14:09

İdmançılar medalları niyə dişləyirlər? - QƏRİBƏ SƏBƏB - FOTOLAR

24 May 2017 14:08

Millət vəkili: Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub

24 May 2017 14:08

Mançester terrorçusu haqda yeni faktlar ortaya çıxdı

24 May 2017 14:07

Tanınmış həkim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi

24 May 2017 14:05

Dünyanın ən qəribə sevgisi: tənhalıqdan aşiq oldu - FOTO

24 May 2017 14:05

Azərbaycanda məhbus özünü asdı

24 May 2017 14:05

İnstaqramın yeni fenomeni: "Playboy"un türkiyəli gözəli - FOTO

24 May 2017 14:05

Trampı qartallar qoruyacaq

24 May 2017 14:03

Məhbus özünü asdı - ŞƏKİDƏ

24 May 2017 13:59

Azərbaycanda daha bir məmur vəzifədən getdi - FOTO

24 May 2017 13:57

"Avtobusa minəndə qorxuram"

24 May 2017 13:57

Avropa İttifaqı efirə çıxır

24 May 2017 13:55

Azərbaycan prezidenti Macarıstana səfər edəcək

24 May 2017 13:54

Baş həkim kabinetində güllələndi - SON DƏQİQƏ

24 May 2017 13:53

Türk qazi xüsusi təyinatlı: "Türk adı çəkilən hər yer Vətəndir, Qarabağda döyüşərəm" - FOTO

24 May 2017 13:52

İyunun əvvəlində Monteneqro rəsmi olaraq NATO-ya daxil olacaq

24 May 2017 13:52

"Lotu Yusif"ə HÖKM OXUNDU

24 May 2017 13:52

Terrorçular kilsəyə hücum etdi

24 May 2017 13:52

Gələn aydan NATO-ya yeni dövlət daxil olur

24 May 2017 13:50

Türkiyə təyyarəsində qorxunc hadisə: tualetdən çıxıb sərnişinlərə hücum etdi - VİDEO

24 May 2017 13:47

"Dünya çempionatına qədər Azərbaycan haqda təsəvvürüm belə yox idi"

24 May 2017 13:47

Mərhum yazıçı Mövlud Mövludun kitabının təqdimatı keçiriləcək

24 May 2017 13:47

"ABŞ Ermənistana təzyiq göstərməlidir"

24 May 2017 13:47

Dərs ilinin müddəti yenidən artırılır? - Nazirlikdən yeni TƏKLİF

24 May 2017 13:44

İştirakçıların verilişdən qovulmaqlarına səbəb olan VİDEO yayıldı

24 May 2017 13:42

"Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi olub

24 May 2017 13:42

İdrardakı bu qoxular təhlükəli xəstəlikdən xəbər verir

24 May 2017 13:39

Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA

24 May 2017 13:38

Almanlar ingilis şahzadəsinə qarşı

24 May 2017 13:38

Kann festivalına qatılan model biabır oldu - FOTO

24 May 2017 13:37

Tanınmış müğənni filmə çəkildi - FOTO

24 May 2017 13:37

Milyarder-videobloqqer müxalifət liderinə qarşı: "Tfu sənə, bir daha..." - VİDEO - FOTO

24 May 2017 13:37

Almaniya millisində itki

24 May 2017 13:37

"Qəbələ" "Trabzonspor"un futbolçusunu transfer edir

24 May 2017 13:37

Lahmacunu bir də toyuqla bişirin...

24 May 2017 13:37

Eks-prezidentlərin ailələrinə bir ildə 284 min manat xərclənib - RƏSMİ

24 May 2017 13:34

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

24 May 2017 13:32

Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir

24 May 2017 13:32

Gözdən əlillər etiraz edir: “Sədr əmlakımızı satır, bizə ancaq vəd verir...” – QARŞILIQLI İTTİHAMLAR

24 May 2017 13:29

Azərbaycanda yanacaq daşıyan avtomobildə külli miqdarda siqaret aşkar edilib

24 May 2017 13:27

Donald Tramp Roma Papası Fransisklə görüşüb

24 May 2017 13:27

Azərbaycan-Türkiyə-Gürcüstan silahlanır

24 May 2017 13:25

Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTOLAR

24 May 2017 13:23

"Richmond Times-Dispatch": ABŞ Ermənistana təzyiq göstərməlidir

24 May 2017 13:22

Aeroport yolunda 250 manatlıq tələ qurulub - VİDEO

24 May 2017 13:22

"Quran kursları qeydiyyata alınmalıdır" - Komitə sədri

24 May 2017 13:19

“İlham Əliyev İslam ölkələrinin həmrəyliyi üçün böyük iş gördü” - Ağacan Əbiyev

24 May 2017 13:18

Bütün turistlərin görmək istədikləri ABİDƏ - FOTOLAR

24 May 2017 13:18