İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər? - EKSPERT RƏYİ

İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər? - EKSPERT RƏYİ
23:04 14 Dekabr 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün “Günəşli” yatağının 10-cu platformasında baş verən dəhşətli faciədən 10 gün ötür. 32 neftçinin həlak olması və itkin düşməsi ilə nəticələnən hadisə ilə bağlı axtarışlar hələ də davam edir. İtkin düşənlərdən 6 nəfərinin cəsədi sulardan çıxarılsa da, 23 nəfərin axtarışı hələ də davam edir. “Günəşli” qəzası ilə təxminən eyni vaxtda “Neft Daşları”nda baş vermiş hadisədə itkin düşən 3 əməkdaşın da axtarışları heç bir nəticə verməyib.

 

İtkin düşənlərin sağ qalmasına ümidlər artıq demək olar ki, tükənib. Ekspertlər də bildirir ki, açıq dənizdə 10 gün ərzində insanın sağ qalması mümkün deyil. Hətta onların cəsədlərinin tapılmasına da inam azalıb.

 

Bəs, itkin düşən şəxslərin ölmüş elan olunması qanunvericilik qaydasında necə həyata keçirilir?

 

“Qafqazinfo”nun məlmatına görə, hüquqşunas Müzəffər Baxışov musavat.com-a açıqlamasında bildirib ki, itkin düşən insanın ölmüş elan edilməsi üçün qanunla 5 illik müddət nəzərdə tutulur:

 

“Hər hansı şəxsin itkin düşmüş hesab edilməsi üçün isə 2 illik müddət lazımdır. Lakin bu hər hansı bir təbii fəlakət nəticəsində və ya bəlli bir hal nəticəsində olubsa, 6 ay müddətində həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilsə, məhkəmə hökm çıxaracaq ki, onu ölmüş hesab etsinlər. Belə hallarda 6 ayda həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarıla bilər. Çünki, bu hal bütün Azərbaycana bəllidir. Əgər 6 ay ərzində o insanlar tapılmasa və məhkəməyə müraciət edilsə, məhkəmə həmin şəxslər haqqında hökm verə bilər. Onlara həm kompensasiya, həm də sığorta haqları veriləcək. Ola bilsin ki, ARDNŞ onlara müəyyən təminatlar ödəsin. Bu, həmin şirkətdən asılıdır. Onlar qanunda nəzərdə tutulmuş bütün güzəştlərdən istifadə edə biləcəklər”.

 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev də qeyd edib ki, əslində, bu insanlar artıq ölmüş elan edilməli idi:

 

“Qanunvericiliyə görə, itkin düşmüş şəxslərin ölmüş elan edilməsi məhkəmə qaydasında həll edilməlidir. Ancaq bu olmasa belə, yəqin ki, kompensasiya veriləcək. Çünki, bu məsələ ölkə başçısının birbaşa diqqət mərkəzindədir. Hökumət itkin düşənlərə də eyni şərtlərlə sığorta və kompensasiya ödənilməlidir. Burada qanunu əsas gətirərək, ayrı-seçkilik salmaq doğru olmaz. Çünki, məhkəmə qərarı da formal xarakter daşıyır, o insanlar artıq həyatlarını itiriblər”.

 

Azər Quliyevin sözlərinə görə, qanun bu cür fövqəladə hadisələri deyil, ümumi halları nəzərdə tutur:

 

“Yəni, insan var ki, evdən çıxıb və geri dönməyib. Onun sağ qalmaq imkanı daha çoxdur, tapıla, geri dönə bilər. Dənizdə itkin düşən şəxs isə artıq çoxdan həyatını itirib və onların ölmüş elan edilməsi formal bir haldır. Çünki, bu bütün ölkənin gözünün önündə olub. Bu səbəbdən də məhkəmə qaydasında bu qəbul olunmadan sonra həmin şəxslərin kompensasiyaları ailələrinə ödənilməlidir. Həmin ailələrə həm Nazirlər Kabinetinin qərarına əsasən kompensasiya, həm də sığorta ilə əlaqədar vəsait ödəniləcək. Hələ ki, həmin ailələrin başı qarışıqdır. Bu məsələ ilə bağlı hər hansı narazılıq yoxdur. Ola bilər ki, gələcəkdə hər hansı bir anlaşılmazlıq olsun. Ola bilər ki, onların ailə tərkibində birdəfəlik və aylıq maddi yardım alanlarla bağlı hansısa narazılıq olsun. Belə formal hallar ola bilər. Ancaq mən inanmıram ki, dövlətin nəzarətində olan bu prosesdə ciddi qanun pozuntuları baş versin”.

 

Hazırda kompensasiyaların verilməsi ilə bağlı problemlərdən biri də odur ki, baş verən hadisədə ölən və itkin düşən şəxslərin ailələrinə birdəfəlik 15 min manat kompensasiya verilsə də, bu, “Günəşli" fəlakəti ilə eyni gündə - dekabrın 4-də "Neft daşları"nda qasırğa zamanı itkin düşən 3 neftçinin ailəsinə şamil edilməyib.

 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Neft daşları"nda itkin düşən 3 neftçiyə birdəfəlik maddi yardım verilməməsinə etiraz edib:

 

"Bu sərəncam "Neft daşları"nda öz vəzifə borcunu yerinə yetirərkən, işbaşında həlak olan 3 neftçiyə niyə aid edilməyib? Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğınmı olmalı idi?"

 

ARDNŞ-in mətbuat xidmətindən rəy öyrənmək cəhdləri isə nəticə verməyib.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Təhsildə İNANILMAZ YENİLİK: məktəbdə uşaqları döyməyə icazə verildi

21 İyul 2017 16:53

ABŞ-da ilk azərbaycanlıdır ki, o səhnəyə çıxır - FOTOlar

21 İyul 2017 16:52

"Bizə baha başa gəldi" - Killian Şeridan

21 İyul 2017 16:52

Harun Kolçak dəfn olundu - FOTO

21 İyul 2017 16:52

Sumqayıt icra başçısının xanım müavini işdən çıxarılıb? - AÇIQLAMA

21 İyul 2017 16:52

Üç qızı götürüb kafeyə getdi, başına gəlməyən qalmadı – QORXUNC OLAYIN TƏFƏRRÜATI

21 İyul 2017 16:48

“Siemens” Rusiya şirkətləri ilə lisenziya sazişini ləğv edir

21 İyul 2017 16:47

VACİB XƏBƏR: "Abituriyent 4" jurnalı çap olundu

21 İyul 2017 16:47

Dövlət Xidməti çəyirtkələrlə bağlı XƏBƏRDARLIQ etdi

21 İyul 2017 16:42

Dollar Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşır

21 İyul 2017 16:42

"ATV Kulis" bu dəfə özünü çəkdi

21 İyul 2017 16:42

Qarpız çəki artırır?

21 İyul 2017 16:39

Azərbaycan Rusiyadan gələn təhlükəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ - FOTO

21 İyul 2017 16:38

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

21 İyul 2017 16:38

"Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr edilib

21 İyul 2017 16:37

"Türk Malı"nın aktrisası Bodrumda - FOTO

21 İyul 2017 16:37

Nazirlikdən qəbul ballarının diferensiallaşmasına MÜNASİBƏT

21 İyul 2017 16:32

"Kəpəz"in daha iki rəqibi müəyyənləşdi

21 İyul 2017 16:32

Dövlət Fitosanitar Nəzarəti Xidməti əhalini xəbərdar edib

21 İyul 2017 16:32

Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olundu

21 İyul 2017 16:31

Azərbaycanlı teleaparıcı ata oldu

21 İyul 2017 16:27

Dövlət Xidmətindən çəyirtkələrlə bağlı

21 İyul 2017 16:26

Güzəştli mənzil almaq istəyən vətəndaşlara kredit verəcək bank bəlli oldu

21 İyul 2017 16:22

Unibankda internet bankinq Asan oldu!

21 İyul 2017 16:22

"Bank VTB (Azerbaijan)" ilk yarımilliyi mənfəətlə başa vurub

21 İyul 2017 16:22

"Bəzi ixtisasları üzrə qəbul planı tam dolmur" - Təhsil Nazirliyi

21 İyul 2017 16:19

Özünü və qızını öldürmək istəyən Aysel Əlizadədən KÖVRƏK SÖZLƏR: "Sadəcə..."

21 İyul 2017 16:18

DİM-in "Çağrı" mərkəzi fəaliyyətə başladı

21 İyul 2017 16:17

Dövlət qulluğunda iş axtaranların nəzərinə - Müsahibə var

21 İyul 2017 16:14

Elmar Məmmədyarov Macarıstana gedir

21 İyul 2017 16:13

Ayselin Yunanıstan macəraları - FOTOlar

21 İyul 2017 16:12

Bakıda turist qəzaya düşdü: kəllə sümüyü sındı

21 İyul 2017 16:09

Rəsmi nikah, yoxsa vətəndaş evliliyi? - Azərbaycanda dəyişən ailə modeli

21 İyul 2017 16:08

Elmar Məmmədyarovun Macarıstana rəsmi səfərinin proqramı açıqlanıb

21 İyul 2017 16:07

AİF 25 mln. manatlıq istiqraz yerləşdirib

21 İyul 2017 16:07

Binəli Yıldırım: "20-dən artıq Türkiyə vətəndaşı xəsarət alıb"

21 İyul 2017 16:05

Elmar Məmmədyarov Macarıstana gedəcək

21 İyul 2017 16:05

"Sumqayıt" ərəbləri darmadağın edib

21 İyul 2017 16:05

Dövlət idarələrində işləmək istəyənlərə

21 İyul 2017 16:04

Sahiblərini "udan" sirli MALİKANƏ: heç kəs ora girməyə cəsarət etmir - MÖHTƏŞƏM FOTOLAR

21 İyul 2017 16:03

Bakıda hotelin qarşısında atışma

21 İyul 2017 16:00

Tanınmış aparıcı ATV kanalından getdi

21 İyul 2017 15:58

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

21 İyul 2017 15:57

Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

21 İyul 2017 15:57

Məşhur müğənni dəfn edildi - FOTO

21 İyul 2017 15:53

Ən cazibədar hava proqramı aparıcısı Baham adalarında heyran etdi - FOTO

21 İyul 2017 15:52

Yayın yarısında turizm qiymətləri - REPORTAJ

21 İyul 2017 15:49

""Qəbələ" mərhələ keçməyə layiq idi" - Marian Kelemen

21 İyul 2017 15:47

Azərbaycanlı yazar: "Özümü və qızımı öldürmək istəyirəm" - İntihar ANONSU - FOTO

21 İyul 2017 15:47

MTN generalların məhkəməsində yeni müəmma: "Onları tanımırıq"

21 İyul 2017 15:44