Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə

Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə
23:38 14 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 14 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində kimya üzrə Nobel mükafatı üç alimə - britaniyalı Tomas Lindal, Pol Modriç və əslən türkiyəli olan amerikalı alim Əziz Səncərə verilib.
Əziz Səncərin bu mükafata layiq görülməsi qardaş Türkiyədə sevinclə qarşılanıb. Kimyaçı alim dekabrın 14-də doğma Vətəni Türkiyəyə gəlib.
Rəsmi məlumata görə, Əziz Səncər Türkiyənin rəhbər şəxsləri tərəfindən qəbul olunacaq. Onun Türkiyəyə gəlişi ölkə KİV-lərində, o cümlədən sosial mediada əsas müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Əziz Səncər Nobel mükafatını Mustafa Kamal Atatürkün məqbərəsinə - Anıtqəbirə hədiyyə edəcəyini bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nobel_laureati_Aziz_Sencer_Veteni_Turkiyede-911249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR