Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: "Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir"

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: "Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir"
23:47 14 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya 24" kanalının efirində deyib.
 
"Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri destruktivdir və bunun heç bir davamı yoxdur", deyə Aleksandr Lukaşeviç jurnalistin Türkiyə rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatının şərh etməsi ilə bağlı xahişinə cavabında bildirib.
 
Lukaşeviç qeyd edib ki, ATƏT bu cür mövqeni dəstəkləmir: "Ciddi anlaşılma var ki, həmsədrlər Rusiya, ABŞ və Fransa Minsk Qrupunun üzvləri ilə bərabər əsas yükü daşıyırlar. Yeri gəlmişkən, hara ki, Türkiyə də daxildir. Lakin aparıcı rol müəyyən olunub və üç həmsədrlərə verilib. Ona görə də Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri tamamailə destruktivdir və bunun heç bir davamı yoxdur".
 
Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyənin Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün hər şeyi edəcəyini bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR