Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə

Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə

Date: 15 December 2015 00:05

Xəbər verdiyimiz kimi, dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində kimya üzrə Nobel mükafatı üç alimə - britaniyalı Tomas Lindal, Pol Modriç və əslən türkiyəli olan amerikalı alim Əziz Səncərə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əziz Səncərin bu mükafata layiq görülməsi qardaş Türkiyədə sevinclə qarşılanıb. Kimyaçı alim dekabrın 14-də doğma Vətəni Türkiyəyə gəlib.

Rəsmi məlumata görə, Əziz Səncər Türkiyənin rəhbər şəxsləri tərəfindən qəbul olunacaq. Onun Türkiyəyə gəlişi ölkə KİV-lərində, o cümlədən sosial mediada əsas müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Əziz Səncər Nobel mükafatını Mustafa Kamal Atatürkün məqbərəsinə - Anıtqəbirə hədiyyə edəcəyini bildirib.

Milli.Az


Tags:  Nobel laureatı Əziz Səncər Vətəni Türkiyədə

RƏYLƏR


Top news