Obama: "Növbədə İŞİD rəhbərləri var"

Obama: "Növbədə İŞİD rəhbərləri var"
00:05 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

"ABŞ terrorçu "İŞİD" təşkilatına qarşı mübarizəni davam etdirəcək. Son həftələr ərzində terrorçulara məxsus yüzlərlə neft tankeri və neftayırma müəssisələri məhv edilib".

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bundan sonra da terrorçulara sarsıdıcı avia zərbələr endirəcək. "Biz ekstremistləri məhv edəcəyik. Növbədə İŞİD rəhbərləri var" - deyə Obama vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR