Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağcabədidə Bayraq Muzeyi inşa edilir

Ağcabədidə Bayraq Muzeyi inşa edilir

Date: 15 December 2015 00:08


Ağcabədi, 15 dekabr, AZƏRTAC
Ağcabədi şəhərində ikimərtəbəli Bayraq Muzeyi inşa edilir.
AZƏRTAC xəbər verir ki, ərazisi 0,81 hektar olan Bayraq Meydanında inşa edilən muzeyin tikinti sahəsi 588 kvadratmetrdir.
Artıq binanın zirzəmisində və birinci mərtəbədə dəmir-beton və hörgü işləri görülüb. İnşaat işlərinin 2016-cı ilin may ayınadək başa çatdırılması nəzərdə tutulur. Bayraq Muzeyinin ərazisində abadlıq işləri aparılacaq, 2 su hovuzu tikiləcək, yaşıllıqlar salınacaq.
Muzey binasında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənəcək. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaq.


Tags:  Ağcabədidə Bayraq Muzeyi inşa edilir


RƏYLƏR


Top news