Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ər-arvad dəm qazından zəhərlənib

Azərbaycanda ər-arvad dəm qazından zəhərlənib

Date: 15 December 2015 00:12

Balakəndə ər-arvad dəm qazından zəhərlənib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, dekabrın 14-ü axşam saat 21 radələrində rayonun Mahmalar kənd sakinləri, 1966-cı il təvəllüdlü Vahid Əsildar oğlu Taşov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Maya Qədisəddin qızı Taşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.
 
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin həyətyanı sahəsində tikilmiş hamamda dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin orta-stabil olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Azərbaycanda ər-arvad dəm qazından zəhərlənib

RƏYLƏR


Top news