Halit Ergenç Sultan Süleymanın məzarını ziyarət edəcək - FOTO

Halit Ergenç Sultan Süleymanın məzarını ziyarət edəcək - FOTO
00:17 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Möhtəşəm 100  il" serialında  Sultan Süleymanın obrazını canlandıran aktyor Halit Ergenç Qanuni Sultan Süleymanın Macarıstanda tapılan məzarını ziyarət edəcək. 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor  Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirib.
 
"İlk fürsətdə Macarıstana yola düşüb Sultan Süleymanın qəbrini ziyarət edəcəm", - aktyor əlavə edib.
 
Xatırladaq ki, Osmanlı imperiyasının 10-cu sultanı olan Qanuni Sultan Süleymanın Macarıstanda daxili orqanlarının basdırıldığı məzar tapılıb. Bu barədə Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı macarıstanlı alimlərin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.
 
Türkiyəli səfir məzarın Sigetvar qalasının yaxınlığında tapıldığını deyib. Məlumata görə, 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı Sigetvar qalasının zəbti zamanı 72 yaşında dünyasını dəyişən sultanın daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyə məscidində dəfn edilmişdi.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR