Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sərrast atış: 3 gülləyə 5 terrorçu

Sərrast atış: 3 gülləyə 5 terrorçu

Date: 15 December 2015 00:22

İngilis ordusunda xidmət edən snayper İraqın Mosul şəhərində 800 metr məsafədən üç güllə ilə 5 terrorçunu məhv edib. 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, İngiltərənin SAS (Special Air Service) xüsusi təyinatlı qüvvələrinin tərkibində xidmət edir. SAS Birləşmiş Krallıq ordusuna bağlı ölkə xaricində xidmət edən xüsusi birlikdir. Birlik İkinci Dünya Müharibəsi, İndoneziya-Malayziya qarşıdurmaları, Şimalİ İrlandiya problemi, Falkland, İraq və Əfqanıstan müharibələrində iştirak edib. Birliyin tərkibində snayper qrupu var və bu qrup gizli hücumları ilə məşhurdur.
 
İŞİD-çilərin isti havada qalın paltar geyindiyini görən ingilis snayperçi  onların partlayıcı kəmər geyinməsindən şübhələnərək atəş açıb. O, atdığı birinci güllə ilə terrorçulardan üçünü, digər iki terrorçunun isə hərəsinə bir güllə vurub.

Milli.Az


Tags:  Sərrast atış gülləyə terrorçu

RƏYLƏR


Top news