Bakı. 15 dekabr. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) müvafiq qərarından sonra İran 10 ton zənginləşdirilmiş uranı Rusiyaya satacaq.
"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər nazirinin müavini Abbas Arakçi deyib.
Onun sözlərinə görə, rəsmi Tehran zənginləşdirilmiş uranın əvəzinə Rusiyadan 140 ton təbii uran alacaq.